Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1036/2024 09.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İşin baxılmağa hazırlanması zamanı müəyyən etdim ki, işə mahiyyəti üzrə baxılması üçün işdə olan sənədlər tam şəkildə toplanmamışdır. Buna görə də xx.xx.2024cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2986/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2013-cü ildə anadan olmuş X1 üçün X2 xeyrinə xx.xx.2015-ci il tarixdən başlayaraq uşaq yetkinlik yaşına çatanadək hər ay 108 (yüz səkkiz) manat və xx.xx.2013-cü ildə anadan olmuş X4 3 yaşı tamam olana kimi hər ay 50 manat sabit pul məbləğində alimet tutulmalıdır. Bundan başqa Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2211/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)- 2986/2015 saylı qətnaməsi ilə tutulan aliment miqdarı artırılaraq cavabdeh Şəxs xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İnzibati xəta haqqında iş materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, iş materiallarında olan çıxarışda Şəxs “X8 ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində (VÖEN: **********) “çilingər-boru kəməri işçisi” vəzifəsində çalışdığı və əmək haqqının 710.61 AZN təşkil etdiyi qeyd olunmuşdur. Bunun tam əksi olaraq Şəxs izahatında işsiz olduğunu bildirmişdir. İcra məmuru tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin “çilingər-boru kəməri işçisi” vəzifəsində çalışması barədə elektron sistemdə olan ziddiyyət araşdırılmamış, nə səbəbə sistemdə rəsmi əmək haqqı aldığına dair qeyd olması barədə Şəxs hər hansı bir sual verməmiş, bundan başqa sözügedən müəsisəyə rəsmi şəkildə müraciət edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sözügedən müəssisədə çalışıbçalışmamasını dəqiqləşdirməmişdir. Odur ki, şəxsin həqiqətən sözügedən müəssisdə çalışmasını təkzib edən yaxud öhdəliyinin sonuncunun əmək haqqına yönləndirilməsini mümkünsüz edən hər hansı bir sənəd iş materiallarına əlavə olunaraq məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, icra məmuru tərəfindən borclu barəsində məcburi icra tədbirləri görülməməsinə baxmayaraq, borclu barəsində əsassız olaraq AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.7-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X6 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-1036/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1036/2024
09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver