Məhkəmə qərarları › İş №3(001)-1039/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1039/2022

19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1039/2022 19.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X5, şikayət vermiş şəxs X7 iştirakı ilə, «X4 Xidməti» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini X7 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 28.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: «X4 Xidməti» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini X12 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 28.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin rəisi X8 qəbul etdiyi 28 dekabr 2021-ci il tarixli, ******* nömrəli qərarına əsasən «X4 Xidməti» MMC-nin direktor müavini kimi 700 (yeddi yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Hazırkı inzibati tənbehin tətbiqi barədə qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud surətdə pozulmuşdur. «X4 Xidməti» MMC-nin təsisçisi «Avtomobil Yolları Dövlət Agentliyi»dir, yəni işçilərin əmək haqları «Avtomobil Yolları Dövlət Agentliyi» tərəfindən «X4 Xidməti» MMC-nin hesabına köçürüldükdən sonra ödənilir. X1 da son haqq-hesabının dərhal ödənilməməsinin əsas səbəbi məhz əmək haqlarının «Avtomobil Yolları Dövlət Agentliyi» tərəfindən növbəti ayda ödənilməsi olmuşdur. Qərarda qeyd olunmuşdur ki, X1 əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Halbuki o, X1 son haqq-hesabının bir az gecikdirilməsini əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində qanun pozuntusu kimi görmür. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur və ən əsası da inzibati xəta tördilməsində onun təqsiri yoxdur. Ona görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin 28 dekabr 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmuşdur və bu səbəbdən sözü gedən inzibati tənbehin tətbiqi barədə qərar ləğv edilməlidir. Məhkəmə iclasında X12 şikayətin məzmununa uyğun izahat verib məhkəmədən barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 28.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X9 bildirmişdir ki, X6 11.11.2021-ci il tarixdə X10 Xidmətinə müraciət etmiş və həmin müraciət əsasında araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı X3 izahatı alınmış və «X4 Xidməti» Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu verilərək müvafiq sənədlər tələb edilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, «X4 Xidməti» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuş, yəni X3 əmək müqaviləsinə 07.09.2021-ci il tarixdə xitam verilməsinə baxmayaraq sonuncuya son haqq-hesab 07.10.2021-ci il tarixdə ödənilmişdir. Ona görə də, həmin zaman «X4 Xidməti» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor əvəzi X12 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 28.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonunu 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Göstərilənlər nəzərə alınaraq «X4 Xidməti» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini X12 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 01.02.2016-cı il tarixli ərizədən görünür ki, X6 «X4 Xidməti» Məhdud Məsuliyyətli Cəmiyyətinə ərizə ilə müraciət edərək cəmiyyətdə müvafiq işlə təmin olunmasını xahiş etmişdir. 01.02.2016-cı il tarixli, 94/K nömrəli əmirdən görünür ki, X6 «X4 Xidməti» Məhdud Məsuliyyətli Cəmiyyətinin Yolların mühafizə xidmətinə və İri qabaritli, ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə nəzarət şöbəsinin baş mütəxəssisi vəzifəsinə təyin edilmişdir. 07.09.2021-ci il tarixli, 182/K nömrəli əmirdən görünür ki, X3 əmək müqaviləsi 07.09.2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilmiş və həmin əmir «X4 Xidməti» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor əvəzi Habil Əliyev tərəfindən qəbul edilmişdir. "xxxx" ASC-nin 07.10.2021-ci il tarixli portal çıxarışından görünür ki, X3 hesabına son haqq-hesabı, yəni 751,04 manat məbləğində pul vəsaiti 07.10.2021-ci il tarixdə ödənilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, «X4 Xidməti» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini X12 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə məsuliyyəti işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi halına görə nəzərdə tutmuşdur. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, 01.02.2016-cı il tarixdə X6 «X4 Xidməti» Məhdud Məsuliyyətli Cəmiyyətinin Yolların mühafizə xidmətinə və İri qabaritli, ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə nəzarət şöbəsinin baş mütəxəssisi vəzifəsinə təyin edilmiş, X4 Xidməti» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor əvəzi Habil Əliyev tərəfindən qəbul edilmiş 07.09.2021-ci il tarixli, 182/K nömrəli əmrlə X3 əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilmiş və sonuncuya hesabına son haqq-hesab 07.10.2021-ci il tarixdə ödənilmişdir. Bununla da, müəyyən olunur ki, X3 əmək müqaviləsinə «X4 Xidməti» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor əvəzi Habil Əliyev tərəfindən xitam verildikdən sonra işəgötürən tərəfindən son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü işçiyə verilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Məhkəmə X7 şikayətdə göstərdiyi «X4 Xidməti» MMC-nin təsisçisi «Avtomobil Yolları Dövlət Agentliyi» olması və əmək haqqının agentlik tərəfindən ödənildikdən sonra işçilərə verilməsi xüsusatına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını, son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməsini müəyyən etmişdir. Göründüyü kimi, qanunvericilik işçiyə ödəmələrin verilməsini məhz işəgötürənin üzərinə vəzifə kimi qoymuşdur ki, hazırkı iş üzrə işəgötürən «X4 Xidməti» Məhdud Məsuliyyətli Cəmiyyətidir. Ona görə də, məhkəmə «X4 Xidməti» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini X12 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 28.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, «X4 Xidməti» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini X7 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: «X4 Xidməti» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 28.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 28.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar