Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1044/2022 23.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, Novruzova Cəmilə Davud qızının katibliyi, Şəxs iştirakı ilə, Şəxs Binəqədi rayon Məhkəməsinin 3(001)-1044/2022 saylı, 21.04.2022-ci il tarixli qərarı ilə təyin edilmiş nəqliyyat vasitəsini idarə etmə hüququnun 6 ay müddətə məhdudlaşdırılması inzibati tənbehdən azad edilməsi barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 21.11.2021-ci il tarixli, EQ ******* saylı protokola əsasən 21.11.2021-ci il tarixli qərar üzrə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsində təqsirli bilinib cərimə edilmişdir. Həmin protokol üzrə qəbul edilmiş qərarı icra etmədiyi üçün onun barəsində İXM-nin 529.3-cü maddəsi ilə 16.03.2022-ci il tarixli, AP ******* saylı protokol tərtib edilmişdir ki, o, əvvəllər barəsində tərtib edilmiş yuxarıda göstərilən həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da o, İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1044/2022 saylı, 21.04.2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib, 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmışdır. Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, cəriməni tam olaraq ödədiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməmənin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş portaldan çıxarışdan görünür ki, Şəxs cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib, 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmış Şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədiyini nəzərə alıb hesab edir ki, onun xüsusi hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-1044/2022 saylı, 21.04.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə ona təyin edilmiş nəqliyyat vasitəsini idarə etmə hüququnun 6 (altı) ay müddətə məhdudlaşdırılması növündə inzibati tənbehdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-1044/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1044/2022
23.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver