Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-105/2024 12.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 43-cü PBin sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu Böyük Xocavar kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri Metallurq küçəsi fərdi tikilidə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 11 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi “DSK” yolu adlanan ərazidə ictimai qaydanın mühafizə vəzifələrini icra etmiş polis əməkdaşları Binəqədi RPİ-in 43-ci PB-in əməliyyat müvəkkili polis baş leytenantı Cəlal Əliyevin və əməliyyat müvəkkili polis leytenantı Natiq Allahverdiyevin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 43-cü PBin polis sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən 12 yanvar 2024-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-in polis sahə inspektoru, polis baş leytenantı X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2024-cü ildə saat 18 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi “DSK” yolu adlanan ərazidə ictimai qaydanın mühafizə vəzifələrini icra etmiş Binəqədi RPİ-in 43-ci PB-in əməliyyat müvəkkili polis baş leytenantı Cəlal Əliyev və əməliyyat müvəkkili polis leytenantı Natiq Allahverdiyev bir neçə şəxsin yüksək səslə mübahisə etdiklərini görüb onlara yaxınlaşmışlar. Həmin şəxslərdən biri polisin qanuni tələbinə tabe olmadığı üçün onu polis bölməsinə dəvət etmişlər. Şəxs polis bölməsinə getməkdən imtina etdiyi üçün onu məcburi şəkildə xidməti avtomobilə əyləşdirən zaman Şəxs onlara mane olmuş, mobil telefonla saxlanılan şəxsin atasına zəng edərək onu çağırmışdır. Yaxında olan şəxs hadisə yerinə gəldikdən sonra əməliyyat müvəkkili Natiq Allahverdiyevin yaxasından tutaraq oğlunu buraxmasını tələb etmiş, digər əməliyyat müvəkkili polis baş leytenantı Cəlal Əliyev onları aralaşdırmaq istəyərkən saxlanılan şəxs qaçmışdır. Şəxs isə kənarda duraraq mobil telefonu ilə çəkiliş aparmışdır. Ərazidə ətrafdan keçən insanlar toplaşmışlar. Bu zaman polis baş leytenantı X9 Qasımova yaxınlaşaraq hansı səbəbdən vəziyyəti gərginləşdirdiyini, saxlanılan şəxsin qaçmasına şərait yaratdığını soruşub onu polis bölməsinə dəvət etmişdir. Şəxs yaxşı etdiyini, bir kimsənin onu polis bölməsinə apara bilməyəcəyini deyib səs-küy salmağa, ətrafda toplaşmış insanların diqqətini üzərinə cəlb etməyə çalışmışdır. Bu zaman aralarında mübahisə yaranmış, hadisə yerinə əlavə polis əməkdaşları çağırılmışlar. Bundan sonra Şəxs polis bölməsinə aparılması təmin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Qasımov X5 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, 11 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi “DSK” yolu adlanan ərazidə yerləşən avtotəmir sexində işləyərkən küçədən səs-küy gəldiyini eşidib çölə çıxmışdır. Tanıdığı bir nəfər şəxsin mülki geyimdə olan polis əməkdaşları tərəfindən avtomobilə əyləşdirildiyini, lakin müqavimət göstərib əyləşmək istəmədiyini görmüşdür. Dərhal yaxınlaşıb saxlanılan şəxsin atasına zəng etmiş, polis əməkdaşlarını isə söhbətə tutaraq ləngimələrinə çalışmışdır. Zəng etdiyi şəxs az sonra hadisə yerinə gəlmiş, mülki geyimdə olan şəxslərin polis olduqlarını bilmədiyi üçün onlardan birinin yaxasından tutaraq oğlunu buraxmasını tələb etmişdir. Bu zaman polislərlə şəxs arasında gərginlik yaranmış, bundan istifadə edən saxlanılmış şəxs polisin əlindən çıxaraq qaçmışdır. Polislərin hərəkətini düzgün hesab etmədiyi üçün öz mobil telefonu ilə çəkiliş aparmışdır. Bunu görən polislər ondan hansı səbəbdən çəkiliş etdiyini soruşib onu polis bölməsinə dəvət etmişlər. Heç bir təqsiri olmadığı üçün polis bölməsinə getməkdən imtina etmişdir. Buna görə hadisə yerində əlavə gərginlik yaranmış, ətrafda toplaşmış şəxslər onu polis bölməsinə aparmağa mane olmuşlar. Bəzi hərəkətlərinin düzgün olmadığının fərqindədir. Gərək saxlanılan şəxsin atasını ora çağırmazdı. Vəziyyət buna görə gərginləşmişdir. Əməlindən peşmandır. Məhkəmədə şahid qismində izahat vermiş X6 izahatında bildirmişdir ki, Binəqədi RPİ-in 43-cü PB-də cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü ildə saat 18 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi “DSK” yolu adlanan ərazidə əməliyyat müvəkkili Natiq Allahverdiyev ilə birlikdə xidmət apararkən bir neçə şəxsin yüksək səslə mübahisə etdiklərini görüb onlara yaxınlaşmışlar. Həmin şəxslərdən biri onların qanuni tələbinə tabe olmayıb səs-küy salmaqda davam etdiyi üçün onu polis bölməsinə dəvət etmişlər. Şəxs polis bölməsinə getməkdən imtina etdiyi üçün onu məcburi şəkildə xidməti avtomobilə əyləşdirən zaman Şəxs onlara mane olmuş, mobil telefonu ilə saxlanılan şəxsin atasına zəng edərək onu həmin yerə çağırmışdır. Şəxsin atası hadisə yerinə gəldikdən sonra əməliyyat müvəkkili Natiq Allahverdiyevin yaxasından tutaraq oğlunu buraxmasını tələb etmiş, onları aralaşdırmaq istəyərkən saxlanılan şəxs əlindən çıxıb qaçmışdır. Şəxs isə kənarda duraraq mobil telefonu ilə çəkiliş aparmışdır. Ərazidə ətrafdan keçən insanlar toplaşmışlar. O, Şəxs yaxınlaşaraq hansı səbəbdən vəziyyəti gərginləşdirdiyini, saxlanılan şəxsin qaçmasına şərait yaratdığını soruşub onu polis bölməsinə dəvət etmişdir. Şəxs yaxşı etdiyini, bir kimsənin onu polis bölməsinə apara bilməyəcəyini deyib səs-küy salmağa, ətrafda toplaşmış insanların diqqətini üzərinə cəlb etməyə çalışmışdır. Bu zaman aralarında mübahisə yaranmış, hadisə yerinə əlavə polis əməkdaşları çağırılmışlar. Bundan sonra Şəxs polis bölməsinə aparılması təmin edilmişdir. Məhkəmədə şahid qismində izahat vermiş Binəqədi RPİ-in 43-cü PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili X1 şahid C.D.Əliyevin izahatına uyğun izahat vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi RPİ 43-cü PB-in əməliyyat müvəkkilləri polis baş leytenantı Cəlal Əliyev və əməliyyat müvəkkili Natiq Allahverdiyev tərəfindən Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-in rəisinə yazılmış Raportdan görünür ki, Şəxs 11 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi “DSK” yolu adlanan ərazidə ictimai qaydanın mühafizə vəzifələrini icra etmiş polis əməkdaşları Binəqədi RPİ-in 43-ci PB-in əməliyyat müvəkkili polis baş leytenantı Cəlal Əliyevin və əməliyyat müvəkkili Natiq Allahverdiyevin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, həmin şəxs barəsində qanuni tədbir görülməsi xahiş edilmişdir. İnzibati qaydada tutma haqqında 11 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:50-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında MN seriyalı № ******* saylı 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə 12 yanvar 2024-cü il tarixli qərardaddan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı № ******* saylı 12 yanvar 2024-cü il tarixli protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. “Polis haqqında” qanunun 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Həmin qanunun ikinci hissəsinin birinci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. Eyni qanunun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. İctimai qaydanı pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXMin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi qismən öz izahatı ilə yanaşı, şahidlərin ifadələri, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Barəsində icraat aparılan şəxs Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının icrası onun üçün məcburi olan qanuni tələblərinə qəsdən tabe olmamış, bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 33.1.1-ci maddəsinə əsaslanmaqla səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hallar kimi müəyyən edir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. İctimai yerdə, heç bir əsaslı səbəb olmadan, ətrafdakı insanlarda həyəcan yaranmasına səbəb olmaqla mübahisə yaradıb ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarına qarşı tabesizlik göstərmiş şəxsin cərimə növündə tənbeh edilməsi insanlarda mənfi emosiyalar doğurur və belə əməli törətmiş şəxsləri qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və onlar tərəfindən yenidən eyni xarakterli inzibati xəta törədilməsinin qarşısını almaq işinə mənfi təsir edir. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh yuxarı həddə təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 18:50-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-105/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-105/2024
12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver