Məhkəmə qərarları › İş №3(001)-1055/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1055/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1055/2021 05.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X2 iclas katibliyi, Protokolu tərtib etmiş orqan Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qaragözov Məhəmməd Məmmədağa oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs oğlunun, X1, Müdafiəçi Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 207.208.210 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məhəmməd Qaragözov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Məhəmməd Qaragözov borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli protokola əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3266/2020 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 10 000 manat məbləğində pul tutularaq X7 oğlunun xeyrinə ödənilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Məhəmməd Qaragözov bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 3266/2020 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 10 000 manat məbləğində pul tutularaq X3 xeyrinə ödənilməsi müəyyən edilmişdir.Buna görə də protokolda göstərilənləri nəzərə alaraq Şəxs oğlunun inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 3266/2020 saylı icra sənədinə əsasən ondan 10 000 manat məbləğində pul tutularaq X7 oğlunun xeyrinə ödənilməsi müəyyən edilmişdir.Maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir.Borcunu ödəməkdən qərəzli olaraq yayınmamışdır.O, təqsirini etiraf etməsini, səmimi peşmaçılığını və maddi vəziyyətini nəzərə alaraq inzibati qaydada ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun müdafiəçisi Vəkil bildirdi ki, Şəxs maddi imkanının olmadığını, təqisirini etiraf etməsini və səmimi peşmançılığını nəzərə alaraq inzibati qaydada ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən tələbkar X4 bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3266/2020 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 10 000 manat məbləğində pul tutularaq onun xeyrinə ödənilməsi müəyyən edilmişdir.Lakin borclu həmin icra sənədini bu günədək icra etməmişdir.Buna görə də, protokolda göstərilənləri nəzərə alaraq borclu Şəxs oğlunun inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, müdafiəçinin və tələbkarın çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlunun İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hesab edirəm ki, icra sənədləri üzürsüz səbəbdən icra olunmadığından və icra sənədlərinin icra edilməməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri sübuta yetirildiyindən, o, inzibati qaydada cəzalandırılmalı, lakin Şəxs oğlunun şəxsiyyəti, maddi vəziyyəti, evli olmasını, təqsirini etiraf etməsi, əməlindən şeşman olması nəzərə alınaraq o, inzibati qaydada cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 500 (beş yüz ) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar