Məhkəmə qərarları › İş №3(001)-1059/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1059/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1059/2024 12.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi ilə, X2 Abşeron rayon X8 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC-nin direktoru X4 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon X8 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, "xxxx" MMC-nin direktoru X4 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından, o cümlədən mübahisələndirilən qərar üzrə şikayət vermək üçün səlahiyyəti olmadığından geri qaytarılmalıdır. Yuxarıda qeyd edilən şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir. Mübahisələndirilən Abşeron DYP Yol patrul xidmətinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından görünür ki, inzibati xəta hadisəsi X3 tərəfindən törədildiyindən o inzibati məsuliyyətə cəlb edilmişdir. Göründüyü kimi, həmin qərarla inzibati xəta haqqında məsuliyyətə cəlb edilən şəxsin "xxxx" MMC-yə və ya onun qanuni təmsilçisi olan və adından hazırda şikayət verilmiş Fazil Mirzəliyevə aidiyyəti müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Şikayətdən görünür ki, Xırman” MMC-nin direktoru X1 rayon X8 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayəti xx.xx.2024-cü il tarixdə, yəni 20 gün keçdikdən sonra vermiş, verdiyi şikayətə isə müddətin bərpası üçün vəsatət əlavə etməmişdir. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından, o cümlədən inzibati tənbeh tətbiq edilməsinə dair qərar başqa şəxs, yəni X3 barəsində tətbiq edildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.6-cı maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanmaması məsələlərini həll edir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apelyasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X2 Abşeron rayon X8 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol-qərardandan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə izah edilir ki, qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar