Məhkəmə qərarları › İş №3(001)-1061/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1061/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1061/2021 22.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Bakı şəhər Baş Polis İdarəsi Dövlət X3 nümayəndəsi X1 iştirakları ilə, Babaşov Əliheydər Əlirza oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Babaşov Əliheydər Əlirza oğlu barəsində Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 tərəfindən İXM-in 333.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş material daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-2860/2020 nömrəli qərarı ilə Babaşov Əliheydər Əlirza oğlu barəsində İXM-in 333.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında icraata xitam verilmişdir. Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-2860/2020 nömrəli qərarından verilmiş apellyasiya şikayəti əsasında inzibati xəta haqqında iş material xx.xx.2020-ci il tarixdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(103)-165/2021 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)- 2860/2020 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət X3 nümayəndəsi X2 bildirmişdir ki, Babaşov Əliheydər Əlirza oğlu xx xxxxxxxx 2020-ci il tarixdə idarə etdiyi nəqliyyat vasitəsi ilə Bakı şəhəri Binəqədi rayonu ərazisində hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən idarə etdiyi avtomobil saxlanılmışdır. Bu zaman sürücü Babaşov Əliheydər Əlirza oğlunun içkili olması şübhəsi olduğundan sonuncunun sərxoşluq vəziyyəti xüsusi texniki vasitə ilə yoxlanılmış və sürücünün bədənində 0,418 promil miqdarında alkoqol aşkar edilmişdir. Bundan sonra həmin sürücü Babaşov Əliheydər Əlirza oğlunun sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol tərtib edilərək sonuncunun izahatı alınmış və xx xxxxxxxx 2020-ci il tarixdə İXM-in 333.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Babaşov Əliheydər Əlirza oğlunun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsinə dair sübutlar iş materiallarında vardır. Ona görə də məhkəmədən Babaşov Əliheydər Əlirza oğlunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə, nümayəndəni dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Babaşov Əliheydər Əlirza oğlu barəsində İXM-in 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol görünür ki, Babaşov Əliheydər Əlirza oğlu sərxoşluq vəziyyətinin müayinəsi məqsədi ilə xüsusi texniki vasitədən istifadə edilmiş və onun bədənində 0,418 promil miqdarında alkoqol aşkar edilmişdir. Həmçinin həmin inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, Babaşov Əliheydər Əlirza oğlu qeyd olunan protokolun izahat hissəsinə xx.xx.2020-ci il tarixdə spirtli içki qəbul edərək nəqliyyat vasitəsini idarə etdiyini etiraf etməsinə dair qeyd əlavə etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Babaşov Əliheydər Əlirza oğlu nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi üçün barəsində İXM-in 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Babaşov Əliheydər Əlirza oğlunun İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və ona əlavə edilmiş sənədlərdə öz təsdiqini tapmışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, Babaşov Əliheydər Əlirza oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini nəzərə alaraq ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Babaşov Əliheydər Əlirza oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar