Məhkəmə qərarları › İş №3(001)-1070/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1070/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1070/2021 01.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsinin Dövlət X4 xx.xx.2021-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli TP ******* inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsinin Dövlət X4 xx.xx.2021-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli TP ******* inzibati xəta haqqında qərarından şikayət verərək sözügedən qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətində göstərmişdir ki, xx.xx.2021-ci il tarixində təxminən saat 14:50 radələrində mülkiyyətində olan, MERCEDES BENZ C-200 markalı 10-MD- 107 dövlət qeydiyyat nişanlı avtomobili ilə, yol hərəkəti qaydalarının bütün tələblərinə əməl edərək, təhlükəsizlik kəməri taxılı vəziyyətdə, Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti R.Rüstəmov küçəsində hərəkət edərkən həmin ərazidə xidmət aparan DYP əmkdaşı ona saxla əmri vermiş və o, onun tələbinə əsasən avtomobili saxlamışdır. DYP əməkdaşı onun avtomobilinə yaxınlaşaraq özünü Bakı şəhər DYP-nin əməkdaşı Vəliyev Elman kimi təqdim etmişdir. O, DYP əməkdaşından hansı səbəbdən ona saxla əmri verdiyni soruşduqda o dairəvi (DAKAR dairəsində) hərəkət təşkil edilmiş yolayrıcında yolayrıcını keçmə qaydalarını pozaraq hərəkətin digər iştirakçılarına maneə yaratdığını bildirmişdir. Bundan sonra o, polis əməkdaşına heç bir qayda pozmadığını, yol hərəkəti qaydalarına tam şəkildə əməl etdiyini dairəvi yol boşaldıqdan sonra dairəyə daxil olduğunu və digər sürücülərin hərəkətinə maneə yaratmadığını bildirmişdir. Əgər həqiqətən belə bir maneə yartmış olsa idi digər sürücülər siqnal verməklə ona öz iradlarını bildirərdilər. Lakin polis əməkdaşı digər sürücülərin irad bildirməsinə ehtiyac olmadığını onun yol hərəkəti qaydalarını pozduğunun kameraya düşdüyünü qeyd edərək cərimə yazmalı olduğunu bildirmişdir. Bundan sonra ondan həmin görüntüləri təqdim etməsini tələb etdikdə o görüntüləri təqdim etməkdən imtina edərək görüntülərin elektron kabinetinə yerləşdiriləcəyini bildirmişdir. Daha sonra isə törətmədiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli İXP-3738055 nömrəli protokol tərtib etmişdir. Onunda qeyd ediyi ki, sözü gedən protokol elektron kabinetinə yerləşdirilsədə həmin inzibati xətanı törətdiyini təsdiq edən heç bir foto və video görüntü elektron kabinetinə yerləşdirilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.8-ci maddəsinin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüququ var. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli İXP-3738055 nömrəli protokolu etibarsız hesab edilməli və onun əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli tarixli TP ******* saylı qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şikayətin baxılmasında iştirak etməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsinin Dövlət X5 məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2021-ci il tarixində saat 14:59-da “Mercedes Benz 200” minik markalı **-MD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol ayrıcını keçmə qaydalarını pozması nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, videogörüntüyə baxış keçirilməklə inzibati xətanın törədilməsini inkar edər hər hansı bir sübut müəyyən etmədiyindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsinin Dövlət X6 tərəfindən xx.xx.2021-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli tarixli TP ******* saylı inzibati xəta haqqında qərarı haqlı qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsinin Dövlət X4 xx.xx.2021-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli tarixli TP ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar