Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1071/2021 17.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş MN №0651463 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X5 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ilə müraciət edərək Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş MN №0651463 saylı, xx.xx.2020-ci il tarixli inzibatı tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, inzibati tənbeh vermə haqqında qərar (MN №0651463), xx.xx.2020-ci il tarixli ******* saylı protokola əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 manat cərimə tətbiq edilmişdir. Nazirlər kabineti yanında "COVİD 19" pandemiyası ilə əlaqədar yaradılmış operativ qərargahın qoyduğu qaydaları pozmamış, həmin gün portala daxil olunmuş iş icazəsiylə yaşayış yerini tərk etmişdir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdiyi üçün 2019-cu ildə yeni vəsiqə almış (AA0955581), lakin işlədiyi şirkət köhnə vəsiqə məlumatlarıyla (AZE07401703) portalda qeydiyyatdan keçirib, bu səbəbdən yeni vəsiqəylə yoxlanış aparan polis əməkdaşı portalda icazəni aşkar etməmişdir və şirkətlə dərhal əlaqə saxlanılmışdır. İcazəli olduğuna dair lazımi məlumatlar şirkət tərəfindən təsdiqlənmişdir və polis əməkdaşına mobil telefon vasitəsilə köhnə vəsiqə təqdim olunmuşdur. Polis əməkdaşı yenidən yoxlayaraq heç bir problemin olmadığını bildirmiş, lakin 3 ay sonra təsadüfən sistemə daxil olarkən cərimə yazıldığını aşkar etmişdir. Cərimə haqqında bildiriş ünvana çatdırılmamış, protokolu özü polis bölməsindən almışdır. Hesab edir ki, heç bir qanun pozmamış və bu xətaya hec bir aidiyyəti olmamışdır. Bütün hallar nəzərə alınmamış, qanunsuz və əsassız qərar qəbul etmişdir. Barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X5 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin rəisi polis polkovnik-leytenantı X4 tərəfindən qəbul edilən MN №0651463 saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Qərardan həmçinin görünür ki, X5 xx.xx.2020-ci il tarixində Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində icazəsiz evdən çıxaraq karantin rejimini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarına əsasən x xxxxx 2020-ci il saat 00:00-dan 31 may 2020-ci il saat 00:00-dək ölkə ərazisində Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur. Həmin qərarın 1.2-ci maddəsininin 1.2.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçilərinin hərəkətinə barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.egov.az” portalına daxil edildikdən sonra yol verilir: Həmin qərarın 1.5-ci maddəsinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. 1.5-ci maddənin 1.5.2-ci bəndinə əsasən 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün icazə 2 saat müddətinə gündə 1 dəfə verilməsi müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq inzibati xətanın törədilməsini inkar edər hər hansı bir sübut müəyyən etmədiyindən, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin MN №0651463 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını haqlı olaraq qəbul edir. Belə ki, Azərbaycan Respublikası ərazisində yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməsinin tətbiq olunduğu vaxt X2 icazəsi olmadan küçədə olduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. X1 “icaze.e-gov.az” portalında icazəsinin olması faktı müəyyən edilməmişdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, X3 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini və Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin MN №0651463 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün hər hansı əsas olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X3 Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin MN seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1071/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1071/2021
17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver