Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1073/2021 08.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Binəqədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair inzibati xəta haqqında protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 xx xxxxxx 2021-ci il tarixdə Şəxs barəsində MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə baxılması üçün təqdim edilmiş inzibati materialı araşdırarkən qanunvericiliyin tələblərinin pozulduğunu müəyyən etmişdir, ona görə də inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, protokol tərəfimdən araşdırılarkən müəyyən olunmuşdur ki, iş üzrə tələbkar X1 izahatı alınmamışdir, dəqiq qalıq borcun miqdarı müəyyən olunmamışdı. Azərbaycan Respublikasmın İXM-nin 79-cu maddəsinə əsasən zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş MN №0468596 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Binəqədi rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 109-cu maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Binəqədi rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan 10 günə Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1073/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1073/2021
08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver