Məhkəmə qərarları › İş №3(001)-1079/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1079/2022

20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1079/2022 20.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Nərimanov Rayon DYPŞ-nin 11.03.2022-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nərimanov Rayon DYPŞ-nin 11.03.2022-ci il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 11.03.2022-ci il tarixdə yol patrul xidməti əməkdaşı onu saxlamış və heç bir əsas olmadan İXM-nin 511-ci maddəsinə əsasən inzibati xəta törətdiyini bildirmişdir.Sənədlərini almış, protokol tərtib etmədən İdarəyə gəlməsini istəmişdir.İdarədə ona qarşı əsssız tələblər irəli srülmüş, yalnız onların tələbləri yerinə yetirildikdən sonra sənədlərini qaytaracaqlarını bildirmişlər. Bundan sonra, o, 14.03.2022-ci il tarixdə 902 qaynar xəttə zəng edərək şikayət etmiş və polis əməkdaşları onun yenidən Polis İdarəsinə getməsini təklif etmişdirlər. Polis əməkdaşları yalnız 14.03.2022-ci il tarixdə onun sənədlərini geri qaytarmışlar.O, sənədləri alındıqdan 72 saat keçəndən sonra ona İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmişlər.O, yuxarıda göstərilənlərə əsasən qərarı qanunsuz və əsassız hesab edir.Buna görə də, məhkəmədən şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən X2 şikayət ərizəsində göstərilənləri nəzərə alaraq, şikayətinin təmin olunmasını və Bakı şəhəri Nərimanov Rayon DYPŞ-nin 11.03.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin 11.03.2022-ci il tarixli, TP ******* saylı qərarına əsasən məlum olur ki, 11.03.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən X4 inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilmişdir. Həmçinin, iş materiallarında olan 05.04.2022-ci il tarixli “ASAN ödəniş” sistemindən çıxarışa əsasən X4 məxsus “ASAN ödəniş” sistemindəki “elektron kabinetində” qüvvədə olan yol hərəkəti qaydaları əlehinə inzibati xəta haqqında protokol 14.03.2022-ci il tarixdə yerləşdirilmişdir. Beləliklə, müəyyən edilir ki, hal-hazırda barəsində şikayət verilmiş qərarda göstərilən hadisə 11.03.2022-ci il tarixdə törədilmişdir.Lakin həmin hadisəyə görə tərtib edilmiş elektron protokol 03 gün sonra, yəni 14.03.2022-ci il tarixdə qərara çevrilməklə elektron kabinetdə yerləşdirilmişdir. Halbuki, İXM-nin 38.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə olduğu təqdirdə İXM-nin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, şikayət təmin olunmalıdır.Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X6 inzibati xəta hadisəsi 11.03.2022-ci il tarixdə baş vermişdir, lakin inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gündən gec müddətdə hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmişdir.Halbuki, İXM-nin 38.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.Belə olan halda, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə cərimələnməsi barədə Bakı şəhəri Nərimanov Rayon DYPŞ tərəfindən tərtib olunmuş TP ******* saylı, 11.03.2022-ci il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon DYPŞ tərəfindən X6 barəsində qəbul edilmiş 11.03.2022-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar