Məhkəmə qərarları › İş №3(001)-108/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-108/2022

19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-108/2022 19.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Şəxs nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs, ünvan 1, VÖEN ********** Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhəri kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 211.3-cü maddəsi ilə tərtib edilmiş 20.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 20.12.2021-ci il tarixdə, saat 11:41-də Şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən Şəxs mağazasında işçilərin sanitariya-gigiyena qaydalarına əməl etməyərək, tibbi maskadan istifadə etməməsi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 211.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhəri kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq, onun iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs nümayəndəsi X3 oğlu izahatında bildirmişdir ki, protokolda faktın foto şəkillər ilə təsdiq edildiyi qeyd edilsə də, həmin foto şəkillərin çəkilməsində istifadə olunan xüsusi texniki vasitənin göstəricisi, tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, yoxlamadan keçdiyini təsdiq edən sənədin nömrəsi, tarixi, növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd edilməmişdir. Üstəlik iş materiallarına əlavə olunmuş foto şəkillərin hansı tarixdə və hansı mağazada çəkildiyi məlum olmamışdır. Şəxs MMCnin ölkə ərazisində bir çox mağazasının olduğunu nəzərdə alsaq, həmin şəkillərin hansı mağazada, hansı tarixdə çəkildiyi şübhə doğuran məqamlardır. Habelə, həmin şəxsin kimliyi ilə bağlı iş materiallarına heç bir şəxsiyyəti təsdiq edən sənəd, yaxud izahat əlavə edilməmişdir. Digər bir məqam ondan ibarətdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhəri kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin əməkdaşları Cəfərov Cahid və Məmmədov Zaur tərəfindən tərtib edilən aktda, MMC-nin rəhbəri ilə əlaqə saxlamağın mümkün olmadığı, sözügedən mağazada səlahiyyətli şəxsin olmadığı, mağaza müdirinin rəhbərin uzaqda olması, obyektə gələ bilmədiyini bildirməsi halları qeyd edilmişdir. Halbuki, həmin əməkdaşlar tərəfindən əvvəla MMC-nin rəhbəri ilə əlaqə saxlanılmamış, digər tərəfdən mağazada həmin vaxt səlahiyyətli şəxs mağaza müdiri Vüsal Əliyev olmuşdur. Bu halda inzibati xəta haqqında protokol mağazanın fəaliyyətindən birbaşa məsul şəxs olan mağaza müdiri barəsində tərtib olunmalı idi. Digər tərəfdən, tərtib olunmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələrinin izah edilməsinə dair heç bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhəri kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi əməkdaşı tərəfindən İXM-nin 211.2-ci maddəsində göstərilən inzibati xətanın ünvan 2 ünvanında yerləşən Şəxs mağazasında təkrar törədilməsi faktı kifayət qədər araşdırılmamış, üstəlik protokolda İXM 211.3-cü maddəsinə istinad edilməsi də əsaslandırılmamışdır. Deyilənləri nəzərə alaraq, Şəxs MMC barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 20.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 20.12.2021-ci il tarixdə, saat 11:41-də Şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən Şəxs mağazasında işçilərin sanitariya-gigiyena qaydalarına əməl etməyərək, tibbi maskadan istifadə etməməsi müəyyən edilmişdir. Məhkəmə, tərəfi dinləyərək iş materiallarında olan sənədləri tədqiq edib hesab edir ki, Şəxs İXM-in 211.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmədə inzibati tənbeh tətbiq edilən hüquqi şəxs Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati protokolu və ona əlavə olunmuş sənədləri təhlil edərək belə qənaətə gəlir ki, təqdim olunmuş materialda Şəxs MMC-nin bu Məcəllənin 211.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Belə ki, tibbi maskadan istifadə edilməsi yalnız fotoşəkillərlə təsdiq olunsa da, həmin şəkillərin hansı mağazada, hansı tarixdə çəkildiyi müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. Məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən İXM-in 211.3-cü maddəsi üzrə tərtib olunmuş 20.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata cəmiyyətin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar