Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1083/2022 11.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-də anbardar vəzifəsində işləyən, ünvan 1 ünvanında eydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 11.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X4 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli, 2(005)-2356/2020 nömrəli icra sənədinə əsasən qarşılıqlı iddia üzrə cavabdeh Şəxs olundan 15 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə ümumi olaraq 362100 (üç yüz altmış iki min yüz) manat məbləğində pul vəsaitinin (213000 ABŞ dolları ekvivalentində) 181050 (yüz səksən bir min əlli) manat məbləğində pul hissəsi qarşılıqlı iddia üzrə iddiaçı X2 və 181050 (yüz səksən bir min əlli) manat məbləğində pul hissəsi qarşılıqlı iddia üzrə iddiaçı Yaman Sametin xeyrinə, 23.11.2018-ci il tarixli kredit müqaviləsi üzrə isə 61560,40 (altmış bir min beş yüz altmış manat qırx qəpik) manat məbləğində pul vəsaiti (36212 ABŞ dolları ekvivalentində) qarşılıqlı iddia zrə iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli, 2(005)-2356/2020 nömrəli icra sənədi üzrə borcunu icra etməmişdir. Hazırda zərərçəkmiş şəxslər ugünədək borclarının verilməməsi ilə bağlı şikayətçidirlər. Şəxs isə icra sənədi üzrə borcunu ödəməmək üçün müxtəlif bəhanələr göstərərək bundan yayınmağa çalışmışdır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq, Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli, 2(005)-2356/2020 nömrəli icra sənədinə əsasən olan borcunu ödəyə bilmidir. Lakin onu hissə-hissə icra edə bilər. Ayda 2000 və ya 3000 olmaqla borcunu hissə-hissə ödəməyə imkanı vardır. Lakin imkanı olduqca həmin məbləğlərdə pul verə bilər. Məhkəmədən ona müəyyən qədər vaxt verilməsini və həmin vaxtadək borcundan 3000 manat ödəyə biləcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli, 2(005)- 2356/2020 nömrəli icra sənədindən görünür ki, qarşılıqlı iddia üzrə cavabdeh Şəxs olundan 15 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə ümumi olaraq 362100 (üç yüz altmış iki min yüz) manat məbləğində pul vəsaitinin (213000 ABŞ dolları ekvivalentində) 181050 (yüz səksən bir min əlli) manat məbləğində pul hissəsi qarşılıqlı iddia üzrə iddiaçı X2 və 181050 (yüz səksən bir min əlli) manat məbləğində pul hissəsi qarşılıqlı iddia üzrə iddiaçı Yaman Sametin xeyrinə, 23.11.2018-ci il tarixli kredit müqaviləsi üzrə isə 61560,40 (altmış bir min beş yüz altmış manat qırx qəpik) manat məbləğində pul vəsaiti (36212 ABŞ dolları ekvivalentində) qarşılıqlı iddia zrə iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. 18.01.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqında bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. İcra işi üzrə şəxs barəsində olan portal çıxarışından görünür ki, Şəxs adına borcunun əmlakına yönəldilə biləcək qiymətli əşya, daşınar və daşınmaz əmlak, pensiya, banklarda girov və ya pul hesabları yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.04.2022-ci il tarixli, 8(001)-228/2022 nömrəli qərardadından görünür ki, borclu Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli, 2(005)-2356/2020 nömrəli icra sənədi üzrə borcunu hissə-hissə ödənilməsi barədə ərizəsi təmin edilməmişdir. 11.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs cəmi 242610 manat borcunu X3 181050 manat borcunu isə Yaman Sametə ödəmədiyinə görə barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli, 2(005)-2356/2020 nömrəli icra sənədi üzrə verilmiş icra sənədini heç bir üzrlü səbəb olmadan icra etməmiş, eləcə də həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd edilməlidir ki, Şəxs həmin icra sənədiu üzrə olan borcundan heç bir ödəniş etməməklə yanaşı, əvvəlcə hər ay 2000 və ya 3000 olmaqla borcunu ödəyə biləcəyini bildirmiş olsa da, sonradan imkanı olduqca borcunu azaz ödəyəcəyini bildirməsi sonuncunun məhkəmənin yekun qərarını üzrsüz səbəbdən icra etmədiyini göstərir. Həmçinin Şəxs məhkəmə iclasında qeyd oluan icra sənədi üzrə olan borcunu hiss-hissə edə biləcəyini bildirsə də, iş materiallarından müəyyən edilmişdir ki, sonuncunun həmin tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.04.2022-ci il tarixli, 8(001)-228/2022 nömrəli qərardadı ilə təmin edilməmişdir. Bununla belə məhkəmədə Şəxs hərəkətlərində icra sənədinin üzrlü səbəbdən icra edilməməsinə dair heç bir hal müəyyən edilməmiş, həmçinin həmin halı istisna edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 11 aprel 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-1083/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1083/2022
11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver