Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1085/2021 19.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu, X5 iclas katibliyinin iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Cəbrayıl rayonunda anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı evli,orta təhsilli, işləməyən,əvvəllər məhkum olunmamış,ünvan 1 ünvanda yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Şəhriyar Şirinov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Binəqədi rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3 borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 10 fevral 2021-cu il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Sabunçu Rayon Məhkəməsinin 24.01.2020-ci il tarixli, 2(008)-430/2020 saylı icra sənədinə əsasən cavabdeh Şəxs bir uşağın saxlanması üçün hər ay 160 manat alimentin tutularaq X1 ödənilməsi müəyyən edilmişdir.Lakin 1520 manat aliment borcu bu günədək ödənilməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs, Binəqədi rayon icra Şöbəsinin icra məmuru Şəhriyar Şirinova və tələbkara inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs, Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Şəhriyar Şirinov və tələbkar məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 3(001)-1085/2021 saylı, 10 fevral 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Bundan sonra, həmin qərardan tələbkar X2 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin hakiminin 3 (103)-506/2021 saylı qərarına əsasən tələbkar X4 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş və iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə 10 ferval 2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hesab edirəm ki, icra sənədi üzürsüz səbəbdən icra olunmadığından və icra sənədinin icra edilməməsində Şəxs təqsiri sübuta yetirildiyindən, o, inzibati qaydada cəzalandırılmalı, lakin Şəxs şəxsiyyəti, səmimi peşmançılığı, təqsirini etiraf etməsi və ödənilməmiş aliment məbləğinin miqdarı nəzərə alınaraq o, inzibati qaydada cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vəya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1085/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1085/2021
19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver