Məhkəmə qərarları › İş №3(001)-1088/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1088/2022

13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1088/2022 13.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Bakı şəhəri Binəqədi rayon icra məmuru X3, Zərərçəkmiş şəxs (tələbkar) X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) "xxxx" ASCnin rəhbəri Şəxs müdafiəçisi Vəkil iştirakı ilə "xxxx" ASC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Binəqədi Rayon İcra Şöbəsi (icra məmuru X6) tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə ) "xxxx" ASC-nin rəhbəri Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 11.04.2022-ci il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin MTT(103)-70/2022 saylı, 16.03.2022-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, keçid 1288 ünvanında yerləşən qeyri-yaşayış sahəsinndə ərizəçilər X5, X7 və X2 fəaliyyətlərinə hər hansı maneələrin yaradılması və fəaliyyət göstərmələrinə qadağaların qoyulmasının "xxxx" ASC-yə və digər şəxslərə qadağan edilməsi qət edilmişdir. Məhkəmə iclasında çıxış edən tələbkar izahatda bildirmişdir ki, 16 mart 2022-ci il tarixli qərar 28 mart 2022-ci il tarixədək icra edilməmiş və 29 mart 2022-ci il tarixdən də fəaliyyətlərinə maneə yaradılmışdır. İlk əvvəl özləri əraziyə buraxılmamış daha sonra isə yəni 28 martdan özləri həmin əraziyə buraxılmışdır. Kamaz markalı maşına içəri buraxılmasına şərait yaradılmamışdır. 10 aprel 2022-ci il tarixdə kamaz əraziyə buraxılmışdır. Həmçinin sexi işlətmək üçün motor olub lakin bugün yoxdur, oğurlanmışdır. Həmçinin elektrik enerjisi kəsilmişdir. Fab boya həmin ərazini almış və maneəni də onlar yaradırlar. Kamaz içəriyə oğurluq mal olması əsası ilə qaytarılmamışdır. İsa Qasıov elektrik enerjisinin həmin ərazidə olan “Dəri sex”indən alındığını bildirmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi verdiyi izahatda bildirmişdir ki, mübahisəli ərazi "xxxx" ASC-yə məxsusdur və 6 nəfər şəxslə icarə müqaviləsi bağlanılmışdır. Məhkəmənin müvəqqəti müdafiə tədbiri barədə qərarı vəzifəli şəxs tərəfindən icra edilmişdir. Kamazın əraziyə buraxılmaması ilə bağlı bildirirk ki, İsa Qasımov özü həmin kamazdakı malların oğurluq olduuğunu dediyi üçün rəhbərlik qaimə təqdim edilmədən buraxılmasına icazə verməmişdir. Tərəflər arasında mübahisə 1, 2 saat davam etmiş və daha sonra İsa Qasımov kamazdakı mallara dair 50 manat məbləğidə qaimə təqdim etdikdən sonra onu əraziyə buraxmışdırlar. İddia edildiyi kimi kamaz uzun müddət sonra deyil, bir neçə saat sonra buraxılmışdır. Həmin ərazidə olan obyektlər yararsız haldadır və buna dair FHN –nin rəyi də mövcuddur. Elektrik enerjisinin kəsilməsinə münasibətdə isə bildirmişdir ki, elektrik enerjisi Dəri sexindən alındığı üçün həmin hissədə barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs təqsirli hesab edilə bilməz. Əlavə olaraq bildirmişdir ki, "xxxx" ASC-ni bu kimi böhtan xarakterli məsələlərdə adının hallanmaması üçün Binəqədi rayon icra şöbəsinə məhkəmə qərarına “fəaliyyətinə maneə yaradılmaması” hissəyə izah verilməsi üçün məhkəməyə müraciət edilməsi barədə müraciət edilmişdir. Bu kimi mübahisələrin yaranması risklərinin mövcudluğuna görə konkret hüquqi şəxsə nələrin qadağan edilməsini istəyirdilər. Məhkəmə iclasında çıxış edən icra məmuru bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin MTT(103)-70/2022 saylı, 16.03.2022-ci il tarixli icra sənədi 28 mart 2022-ci il tarixdə tərəflərə elan edilmişdir. Borclu icra şöbəsində icra işi ilə tanış edilmişdir, hazırda borclu tərəfindən icra vərəqəsində göstərilən tələb təmin edilməmişdir. İcra məmurunun istinad etdiyi - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: 1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; 2) borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; 3) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; 4) borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; 5) borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Yuxarıdakılar məhkəmə aktının qərəzli icra edilməməsinin mütləq əlamətidir (bütün əlamətlərin mövcudluğunu da təbii, borclu deyil, onu ittiham edən sübut etməlidir). Hətta, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Qeyd olunan hallara istinad edərək, bir daha bu nətəcəyə gəlinir ki, Şəxs əməlində hər hansı inzibati xətanın tərkibi mövcud deyildir. Göründüyü kimi, inzibati xəta haqqında protolokda ümumi sözlərdən, yəni qanunda qeyd olunmuş maddəni göstərməklə borclunun icra vərəqəsini icra etməməsini qeyd etmiş, lakin protokolda icra etməmənin nədən ibarət olması açıqlanmamışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə aşağıdakı əsasa görə Şəxs barəsində olan hazırkı iş üzrə icraata xitam verilməlidir. Həmin əsas inzibati məsuliyyəti istisna edir. Məhkəmə iclasında icra məmuru tərəfindən məhkəmə qərarının icrasının nə vaxt təmin edildiyi, kamazın buraxılmaması səbəbləri araşdırılamamış, həmçinin kamazın tələbkarın dediyi kimi 11 aprel 2022-ci ildə buraxılması sübut edilmədiyindən məhəkəm hesab edir ki borclunun təqsiri sübuta yetirilməmişdir. Beləliklə məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından Şəxs hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Həmçinin borclunun məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun hər hansı konkret qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsinin hər hansı üzürsüz səbəblərdən olması məhkəmədə müəyyən edilmədi. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. İcra sənədinin icra olunmamasında Şəxs qərəzi və ya üzürsüz səbəblər barədə icra məmuru ümumiyyətlə hər hansı bir sübut təqdim etməmişdir. Belə olduğu təqdirdə icra məmuru öz subyektiv mülahizəsinə əsasən şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə bir vəziyyətdə şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırkı şəxs İXM-nin 528.1-ci maddəsindəki inzibati xətanı törədən subyekt deyildir. İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar