Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1090/2021 11.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şəxs1 rəhbəri Şəxs2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala baxılmağa hazırlanması zamanı müəyyən etdim: Şəxs1 rəhbəri Şəxs2 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını hərtərəfli araşdıraraq hesab edirəm ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs2 barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-1149/2020 nömrəli icra vərəqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasından ümumi sahəsi 98,05 kv.m. olan iki otaqlı mənzilin iddiaçı X3 təhvil verilməsi vəzifəsi cavabdeh Şəxs1 üzərinə qoyulmuş, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat və iddianın verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunu təşkil edən 30 manat məbləğində pul cavabdeh Şəxs1nə aid edilmişdir. İş materiallarında olan Şəxs2 tərəfindən ünvanlanmış xx.xx.2020-ci il tarixli müraciətdən görünür ki, Məmmədov X1 İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək müqavilə üzrə Şəxs1ndə usta vəzifəsində işləməsini, həmin cəmiyyətin direktoru olmadığını və direktor kimi onunla əmək müqaviləsinin bağlanmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli iddia ərizəsində görünür ki, Məmmədov X1 Rayon Məhkəməsinə müraciət edərək Şəxs1 direktoru vəzifəsindən azad edilməsini xahiş etmişdir. Həmçinin Şəxs2 iddia ərizəsində qeyd etmişdir ki, Şəxs1ndə əmək müqaviləsinə əsasən usta vəzifəsində işləsə də, həmin cəmiyyətin təsisçisi X2 tərəfindən əmək müqaviləsi bağlamadan, qanunsuz olaraq Şəxs1 MMC-yə direktor vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan portal çıxarışından görünür ki, Şəxs2 Şəxs1ndə usta vəzifəsində çalışmaqla aylı 250 manat məbləğində əmək haqqı alır. İş materiallarından müəyyən edilmişdir ki, Şəxs2 Şəxs1ndə əmək müqaviləsinə əsasən usta vəzifəsində işləsə də, sonuncu xx.xx.2019-cu il tarixdə təsisçi qərarına əsasən cəmiyyətin direktoru vəzifəsinə təyin edilmiş, lakin Şəxs2 ilə bu barədə əmək müqaviləsi bağlanmamışdır. Göründüyü kimi, Şəxs2 faktiki olaraq Şəxs1 direktoru təyin edilsə də, onunla qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmamış, ümumiyyətlə sonuncun cəmiyyətin rəhbər vəzifəsinə dair heç bir funksiyanı həyata keçirməmişdir. İcra məmuru tərəfindən göstərilən həmin hallar araşdırılaraq cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib etmək əvəzinə Şəxs1ndə faktiki olaraq əmək müqaviləsi üzrə usta vəzifəsində çalışan Şəxs2 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Bununla belə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs1 rəhbəri Şəxs2 barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləlikdlə, hesab edirəm ki, Şəxs1 rəhbəri Şəxs2 barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs1 rəhbəri Şəxs2 barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-1090/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1090/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver