Məhkəmə qərarları › İş №3(001)-1096/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1096/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1096/2021 22.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, Barəsində X5 iş üzrə qərar qəbul edilmiş X2 barəsində tərtib edilmiş TP ******* nömrəli xx.xx.2020-ci il tarixli qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X4 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ilə müraciət edərək barəsində tərtib edilmiş TP ******* nömrəli xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və X5 iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində Binəqədi rayon DYPŞ polis leytenantı X1 tərəfindən barəsində X5 № İXP ******* protokol tərtib edilmişdir. Ardınca TP ******* saylı qərar qəbul edilmişdir. Həmin qərar əsassız və qanunsuzdur. Belə ki, xx.xx.2020 tarixidə Füzuli rayonunda N saylı hərbi hissədən həqiqi hərbi xidmət keçərək tərxis olunmuş və hərbi biletini də alaraq qanunvericiliyə uyğun formada hərbi hissədən biletində yazılanlara əsasən, 21 iyula kimi ehtiyata buraxılmaq üçün yaşayış yeri olan Binəqədi rayonuna gəlmiş və Səfərbərlik idarəsində qeydiyyatdan keçmişdir. Məlumdur ki, qeyd olunan tarixlərdə ölkə üzrə Nazirlər kabinetinin Qərarına əsasən, koronavirus epidemiyasına qarşı mübarizə məqsədilə karantin tətbiq olunmuş, küçəyə çıxmaq isə, SMS icazə vasitəsilə həyata keçirilmişdir. Hərbi qulluqçu kimi onun Müdafiə Nazirliyi Baş Qərargah rəisinin əmrinə əsasən, telefon işlətməyə icazəsi olmadığına, ailəsi Bərdədə yaşadığına, telefon əldə edə bilmədiyinə görə, hərəkəti hərbi hissədən verilən sənəd əsasında təmin olunurdu. İstər Füzulidə, istər Bakıya gələrkən yolboyu yaşayış məntəqələrində, istərsə də Binəqədidə ondan sənədlərini istəmiş bütün polis əməkdaşları vəziyyətini bilmiş və hərəkətinə irad bildirməmişlər. xx.xx.2020-ci il tarixində Binəqədi şosesində olarkən polis leytenantı Səfərəliyev Zülfüqar ona yaxınlaşmış və sənədlərini istəmişdir. Hərbi biletini göstərmiş və telefonunun olmadığına, ehtiyata buraxılmış hərbi qulluqçu olmağına dair vəziyyətini ona izah etmişdir. O isə heç bir irad bildirməmiş, inzibati xəta törətməyinə və protokol tərtib etməsinə dair ona heç bir məlumat verməmiş, sənədlərini özünə qaytararaq yoluna davam etmişdir. Həmin dövrdə epidemiya zamanı hərbçilərin hərəkətinə dair hansısa bir göstəriş mövcud olmamış, bu cür qayda yalnız xx.xx.2020-ci il tarixində Nazirlər Kabinetinin № 509 Qərarı ilə qüvvəyə minmişdir. Belə ki, həmin Qərar ilə № 488 Qərara dəyişiklik edilmiş və 2.1-1-ci bəndində bu mətn yer almışdır: “hərbi xidmətdən tərxis olunan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların hərbi bileti və müvafiq hərbi hissə tərəfindən verilmiş vərəqə əsasında yol verilir.” Üzərindən 5 ay keçdikdən sonra, dekabr ayında sürücülük vəsiqəsi almaq məqsədilə müvafiq quruma sənədlərini təqdim edərkən ona bildirilmişdir ki, adına cərimə var. ASAN ÖDƏNİŞ sistemi vasitəsilə öyrənib ki, 200 AZN cərimə olunmuş, lakin orada nə tarix, nə qərar, nə cərimənin hansı səbəblə yazılması barədə məlumat olmamışdır. Beləliklə, müraciəti nəticəsində ona xx.xx.2020 tarixində X5 Qərar təqdim olunmuşdur. Göstərilənlərə əsasən barəsində tərtib edilmiş TP ******* nömrəli xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və X5 iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Binəqədi rayon Polis İdarəsinə və şikayət vermiş şəxsə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə və şikayətçi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Binəqədi rayon DYPŞ polis leytenantı X1 tərəfindən qəbul edilən TP ******* nömrəli xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 200 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş SX ******* saylı hərbi biletdən görünür ki, X4 xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 126 nömrəli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdir. Təyinat yerinə gedib xx.xx.2020-ci il tarixində hərbi qeydiyyata durmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X2 şikayəti təmin edilərək X5 protokol və onun əsasında qəbul edilmiş qərarın icrasına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, X2 barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə əsas verən heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində X5 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X5 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsində qeyd olunur ki, X5 işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə X5 protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələblərinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X5 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində X5 iş üzrə qərardan şikayət verilə bilər. Qəbul edilmiş qərarların qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən X5 iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda həmin Məcəllənin 135.1.1-ci və 135.1.6-ci maddələrində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya X5 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, sələhiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamsı halı müəyyən olunduqda X5 iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb proses iştirakçısını dinləyib belə qənaətə gəlir ki, X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilərək Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilən TP ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şikayət təmin edilsin. X2 inzibati məsuliyyətə cəlb olunmasına dair Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilən TP ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar