Məhkəmə qərarları › İş №3(001)-11/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-11/2023

09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-11/2023 09.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi Bayramov Tural Ural oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 490-cı maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC İXM-nin 490-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 00100-2544/22 saylı, 29 noyabr 2022ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, **********5934 saylı, xx.xx.2021-ci il tarixli hüquqi şəxs Şəxs MMC tərəfindən təqdim olunmuş gömrük bəyənnaməsi üzrə mal-müşaiyət sənədlərinin ilkin yoxlanılması zamanı dəmir qandal (30 ədəd), plastik qandal (100 ədəd), rezin dəyənək (10 ədəd) malların idxalı üzrə 230 nömrəli, xx.xx.2005-ci il tarixli «İxrac Nəzarəti haqqında» Azərbaycan Respublikası qanununa əsaslanaraq aidiyyatı dövlət orqanın rəyi əsasında xüsusi icazə sənədi tələb olunmuşdur və bəyənnamə tərəfindən xx.xx.2021-ci il tarixində bəyənnaməçiyə qaytarılmışdır.Lakin idxalçı Şəxs MMC və bəyənnaməçi tərəfindən sözügedən gömrük bəyənnaməsinin rəsmiləşdirilmə prosesinin başa çatdırılması üçün heç bir tədbir həyata keçirilməmişdir.Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 490-cı maddəsinin tələbləri pozulmuşdur.Ona görə də, xx.xx.2022-ci il tarixdə Şəxs MMC barəsində 00100-2544/22 saylı inzibati protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində protokol tərtib edilmiş Şəxs MMC-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin və Cəmiyyətin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə kİ, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 00100-2544/22 saylı inzibati xəta haqqında protokoldan görünür ki, **********5934 saylı, xx.xx.2021-ci il tarixli hüquqi şəxs Şəxs MMC tərəfindən təqdim olunmuş gömrük bəyənnaməsi üzrə mal-müşaiyət sənədlərinin ilkin yoxlanılması zamanı dəmir qandal (30 ədəd), plastik qandal (100 ədəd), rezin dəyənək (10 ədəd) malların idxalı üzrə 230 nömrəli, xx.xx.2005-ci il tarixli «İxrac Nəzarəti haqqında» Azərbaycan Respublikası qanununa əsaslanaraq aidiyyatı dövlət orqanın rəyi əsasında xüsusi icazə sənədi tələb olunmuşdur və bəyənnamə tərəfindən xx.xx.2021-ci il tarixində bəyənnaməçiyə qaytarılmışdır.Lakin idxalçı Şəxs MMC və bəyənnaməçi tərəfindən sözügedən gömrük bəyənnaməsinin rəsmiləşdirilmə prosesinin başa çatdırılması üçün heç bir tədbir həyata keçirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsinə əsasən Gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 490-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXMnin 490-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 250 (iki yüz əlli) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar