Məhkəmə qərarları › İş №3(001)-110/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-110/2022

19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-110/2022 19.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi , Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi Khaganı Gumbatovun iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs MMC, ünvan 1, VÖEN **********, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 493-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin İXM-nin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 28.12.2021-ci il tarixli, EP 007921 nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyənin “Anadoria Dış Ticaret Limited” şirkətindən AND**********044 nömrəli 26.11.2021-ci il tarixli invoys sənədi ilə göndərilmiş 19360 kq “plastmassalardan plitələr” 61K2333/61K9823 nömrə nişanlı yük avtomaşınında 29 noyabr 2021-ci il tarixdə Qərb Ərazi Bas Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur, 29 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən sözügedən mallara dair **********7708 sorğu nömrəli gömrük bəyannaməsi 22 dekabr 2021-ci il tarixdə tərtib edilmiş və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə Bakı Baş Gömrük İdarəsinə verilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Bu fakt 34/024/032425 nömrəli, 16.12.2021-ci il tarixli raport, Gömrük Xidmətinin “X1 sistemi” informasiya resursundan “Malın çatdırılması və boşaldılması”na dair çıxarış, **********7708 sorğu nömrəli, 22.12.2021-ci il tarixli gömrük bəyyannaməsindən də təsdiq olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi Khaganı Gumbatovun bildirmişdir ki, **********7708 sorğu nömrəli gömrük bəyannaməsi qanunvericilikdə nəzərədə tutulmuş müddətdə müvafiq struktura təqdim edilməmişdir. Deyilənləri nəzərə alaraq, hüquqo şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdırarq hesab edir ki, Şəxs MMC-nin barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 28.12.2021-ci il tarixli, EP 007921 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyənin “Anadoria Dış Ticaret Limited” şirkətindən AND**********044 nömrəli 26.11.2021-ci il tarixli invoys sənədi ilə göndərilmiş 19360 kq “plastmassalardan plitələr” 61K2333/61K9823 nömrə nişanlı yük avtomaşınında 29 noyabr 2021-ci il tarixdə Qərb Ərazi Bas Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur, 29 noyabr 2021ci il tarixdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən sözügedən mallara dair **********7708 sorğu nömrəli gömrük bəyannaməsi 22 dekabr 2021-ci il tarixdə tərtib edilmiş və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə Bakı Bas Gömrük İdarəsinə verilmişdir. Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursundan malların çatdırılması və boşaldımasına dair çıxarışdan görünür ki, 61K2333/61K9823 nömrəli nəqliyyat vasitəsilə Şəxs MMC-nin ünvanına göndərilən mallar 29 noyabr 2021-ci il tarixdə Qərb Ərazi Bas Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, hüquqi şəxsin nümayəndəsinin izahatı, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 493-cü maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə Şəxs MMC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə inzibati xəta törədən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar