Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1103/2023 10.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim: Qurbanova Aygün Arzu qızı, Məhkəmə iclasının katibi: X4, Protokolu tərtib etmiş inzibati orqan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu): Şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs (tələbkar): X1 iştirakı ilə xx xxxxxx 1974-cü ildə Füzuli rayonunun Kürdlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum, habelə inzibati qaydada məsuliyyətə cəlb olunmamış, Füzuli rayonunun Kürdlər kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Binəqədi Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə m ü əy y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(001)- 4292/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs cəmi 1.700 (min yeddi yüz) manat pulun alınaraq tələbkar X2 ödənilməsi qərara alınmışdır. Borclu qərarın icrasından boyun qaçırmış və beləliklə də icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsi Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən 10 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında bildirdi ki, sözü gedən icra sənədinə əsasən iki uşağına hər ay hər birinə 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat aliment ödəməli olmuş və 2022-ci ildə işdən çıxanadək ödənişi hər ay etmişdir. İşdən çıxandan sonra alimenti ödəmək imkanı olmamış və borcu yaranmışdır. Hazırda işləmir, işləmək üçün müvafiq yerlərə özü barədə CV təqdim etmişdir. Bundan başqa digər gəlir mənbəyi, qazancı da yoxdur. Qardaşı ilə birlikdə yaşayır. Əvvəllər əmək haqqından hər ay aliment tutulduğunu, lakin həmin iş yerindən öz xahişi ilə ayrıldığını, Zəngilan rayonunda işə başlamaq üçün əvvəlki iş yerindən çıxmasına baxmayaraq yeni iş yeri bağlandığından o işə qəbul edilməmişdir. Barəsində inzibati tədbeh təyin olunarkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil Şəxs təqsirli olaraq üzürsüz səbəbdən məhkəmə qərarını icra etməsinin sübuta yetirilmədiyini nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmədə verdiyi izahatında bildirdi ki, icra sənədi borclu tərəfindən qəsdən icra olunmadığı üçün borclunun icra sənədini tam icra etməsini, əks təqdirdə məhkəmədən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. O bildirmişdir ki, əvvəlki iş yerindən mühasib ona zəng edərək Şəxs alimenti ödəmək istəmədiyindən qəsdən işdən öz xahişi ilə ayrıldığını bildirmişdir. Kabel satışı ilə məşğul olduğunu, övladlarının xərclərini tək qarşılaya bilmədiyini, əvvəllər aliment tələb etmədiyini, lakin hazırda maddi çətinlikləri olduğunu bildirmişdir. Şəxs əvvəlki iş yerində gələrinin 800 manat olduğunu, aliment ödənişindən qəsdən yayınmaq üçün əmək müqaviləsinin könüllü şəkildə ləğv edilməsini təmin etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X6 məhkəməyə verdiyi izahatında bildirdi ki, icra sənədi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Füzuli rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və sonuncu icraata başlamaq haqqında 07 yanvar 2021-ci il tarixli qərar qəbul etmişdir, hazırda icra işi onun icraatındadır. İcra müddətində Şöbədə tərəflərin kompromisə gəlməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Füzuli rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında 07 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(001)-4294/2020 saylı icra vərəqəsinə əsasən 13 yanvar 2008-ci il təvəllüdlü X7 və 15 noyabr 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment 29 iyul 2020-ci il tarixdən başlayaraq borlu Şəxs tutularaq tələbkar X2 ödənilməli və borcludan dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Borclu Şəxs 29 iyul 2020-ci il tarixdən 29 dekabr 2020-ci il tarixədək cəmi 1.700 (min yeddi yüz) manat aliment borcu yaranmışdır. İcra məmuru tərəfindən 07 yanvar 2021-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya on gün müddət verilmiş və borclu bu barədə məlumatlandırılmışdır. Azərbayan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə hüquqları onun tərəfindən 05 iş saatı müddətində müdafiə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, və özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1 və 33-cü maddələrinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə,onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan izahatlar, o cümlədən məhkəmə baxışının gedişatında tərəflərin verilmiş izahatların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və özünün məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan izahatı onun tərəfindən törədilmiş inzibati xətanı təkzib edən sübut kimi qəbul edilə bilməz. Ümumiyyətlə Şəxs hazırda işləməməsi ilə bağlı qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, sabit aylıq əmək haqqısı olan, aliment ödəmə öhdəliyi məhkəmə qərarı ilə müəyyən edilmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs heç bir yerdən əlavə gəliri olmadan daimi iş yerindən öz xahişi ilə çıxması üçün əsaslı bir səbəb olmamışdır. Bu halın özü məhkəmədə onun aliment ödəməkdən yayınmaq niyyətinin olmasını əsaslı şübhə altına almışdır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xəğalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən şəxsə inzibati tənbehin tətbiq edilməsi, onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 66.3-cü maddəsində göstərilir ki, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 saylı Qərarına uyğun olaraq şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 (altı) manat məbləğində haqq ödənilməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130, 138-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 18 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-1103/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1103/2023
10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver