Məhkəmə qərarları › İş №3(001)-1104/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1104/2021

15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1104/2021 15.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, X1 barəsində tərtib olunan MN №1017035 saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına X1 barəsində tərtib olunan MN №1017035 saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayət daxil olmuşdur. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, şikayət icraata qəbul edilmədən onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XVİİ fəslində inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydaları qeyd olunmuşdur. Həmin fəsildə inzibati xəta haqqında protokoldan şikayətlərə baxılması nəzərdə tutulmamışdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edildikdə, protokol və digər materiallar natamam olduqda işə baxarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, fiziki şəxs onun barəsində tərtib olunan inzibati xəta haqqında protokoldan yox qərardan şikayət verə bilər. X2 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərardan yox, inzibati xəta haqqında protokoldan şikayət verdiyindən məhkəmə hesab edir ki, X2 barəsində tərtib olunan inzibati xəta haqqında protokoldan verdiyi şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 barəsində tərtib olunan MN №1017035 saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayət icraata qəbul edilmədən geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra Binqədi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar