Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1105/2021 15.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala baxılmağa hazırlanması zamanı müəyyən etdim: Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını hərtərəfli araşdıraraq hesab edirəm ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Belə ki, iş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81)-370/2019 nömrəli icra vərəqəsindən görünür ki, «Turanlı» Məhdud Məsuliyyətli Cəmiyyətindən xx xxxx 2016-cı il tarixli 18 E saylı kredit müqaviləsi üzrə yaranmış 280.000 (iki yüz səksən min) ABŞ dolları məbləğində əsas borc, 41.004,94 (qırx bir min dollar doxsan dörd sent) ABŞ dolları kreditin istifadəyə görə yaranmış faiz borcu, əldən çıxmış faydaya görə 423.500 (dörd yüz iyirmi üç min beş yüz) ABŞ dolları olmaqla, cəmi 744.504,94 (yeddi yüz qırx dörd min beş yüz dörd dollar doxsan sent) ABŞ dolları məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu LPO “X3” ASCnin xeyrinə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin məktubundan görünür ki, «Turanlı» Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçmiş, rəhbəri X1r. İş materiallarında olan portal çıxarışından görünür ki, Şəxs «Menloqq» Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində çalışmaqla aylı 250 manat məbləğində əmək haqqı alır. Bundan başqa, iş materiallarından müəyyən edilmişdir ki, Şəxs «Menloqq» Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsinə əsasən sürücü vəzifəsində işləsə də, onun «Turanlı» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri olması ilə bağlı cəmiyyətlə arasında əmək müqaviləsi bağlanmamış və elektron portalda həmin halı təkzib edə biləcək məlumat yoxdur. Göründüyü kimi, Şəxs faktiki olaraq «Turanlı» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olsa da, onunla qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmamışdır. İcra məmuru tərəfindən göstərilən həmin hallar araşdırılaraq cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib etmək əvəzinə «Menloqq» Məhdud Məsuliyyətli Cəmiyyətində faktiki olaraq əmək müqaviləsi üzrə sürücü vəzifəsində çalışan Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Bununla belə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 528.1ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-1105/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1105/2021
15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver