Məhkəmə qərarları › İş №3(001)-1111/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1111/2023

15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1111/2023 15.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Binəqədi rayon İcra Şöbəsinin böyük X1, Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Binəqədi rayon İcra Şöbəsinin böyük X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə MN seriyalı № ******* saylı 10 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Binəqədi rayon İcra Şöbəsinin böyük X2 vəsatətlə məhkəməyə müraciət edərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı № ******* saylı 10 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə vəsatəti nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı № ******* saylı 10 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana - Binəqədi rayon İcra Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Vəsatət təmin edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı № ******* saylı 10 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana - Binəqədi rayon İcra Şöbəsiniə geri qaytarılsın. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar