Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1112/2023 04.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X8, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X10 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X10 şikayətini onunla əsaslandırmışdır ki, X9 28 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Əvvəlcə onu qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən X11 "El-Seym İnşaat” Qapalı Səhmdar Cəmiyyətində üzlükçü vəzifəsinə işə qəbul edilmişdir. Onunla əmək müqaviləsi bağlanmışdır. X11 xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) işdən azad olunmuşdur. İşçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək istifadə edilməmiş 3 mənzuniyyət gününün son haqq hesabının ödənişi qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsi bununla bağlı araşdırma apararaq onlara bildirilmişdir ki, X11 işdən azad olunmasına dair ərizəsində müddət göstərilmədiyindən Əmək Məcəlləsinin tələbləri pozulmuş və işçini hüquqları bərpa olunmalıdır. X11 24 iyun 2022-ci il tarixdə əmək müqaviləsinə əsasən "El-Seym İnşaat” Qapalı Səhmdar Cəmiyyətində üzlükçü vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə X11 öz ərizəsinə əsasən işdən azad edilmiş, son haqq hesabının ödənişi qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilmişdir. Bununla bağlı sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsinə təqdim edilmiş, X4 xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin əmək müqavilələrinin alt sxemində xitam verilməsinə dair aidiyyatı şöbəyə tapşırıq verilməsi xahiş edilmişdir. 28 iyun 2022-ci ildə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* nömrəli qərar qəbul edilmişdir. Qərar qəbul edildiyi tarixdə artıq hüquqpozma aradan qaldırılmış və lakin cərimə şərti tətbiq edilməmiş, qərar icra olunması üçün xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon İcra Şöbəsindən İcra Bildirişi daxil olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsinin 28 iyun 2022-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X10 şikayət ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən onun barəsində xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş, daha sonra həmin protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunmuşdur. Belə ki, X12 vəzifədən azad olunmaq üçün, yəni əmək müqaviləsinə xitam verilməsindən ötrü ona yazılan ərizənin məzmununda işdən ayrılmaq istədiyi tarixi qeyd etməmiş, buna əsaslanaraq X14 Xidmətinin Bakı şəhər İdarəsi inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etmiş, o, 2000 manat cərimə edilmişdir. Bununla bağlı qəbul edilmiş qərar əsassızdır və ləğv edilməlidir. Çünki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən işçinin pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı 5 gün müddət verilmiş, həmin müddət ərzində X11 əmək müqaviləsinə əsasən "El- Seym İnşaat” Qapalı Səhmdar Cəmiyyətində üzlükçü vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə X11 öz ərizəsinə əsasən işdən azad edilmişdir. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş 5 gün ərzində hüquqpozma aradan qaldırılsa da, ona inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimənin ödənilməsi barədə icra şöbəsindən bildiriş gəlmişdir. Bundan sonra o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığında xəbərdar olmuş, inzibati məhkəməyə müraciət etmiş, inzibati məhkəmə tərəfindən ona müvafiq qərarla rayon məhkəməsinə müraciət etməli olduğu bildirildikdən sonra aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən "El-Seym İnşaat” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, X11 24 iyun 2022-ci il tarixdə əmək müqaviləsinə əsasən "El-Seym İnşaat” Qapalı Səhmdar Cəmiyyətində üzlükçü vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə X11 öz ərizəsinə əsasən işdən azad edilmiş, son haqq hesabının ödənişi qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilmişdir. Bununla da, müəyyən edilmiş 5 gün müddət ərzində işçinin pozulmuş hüquqları bərpa olunmuş və elə həmin tarixdə də hüquqpozmanın aradan qaldırılmasına dair müvafiq sənədlər X14 Xidmətinin Bakı şəhər İdarəsinə poçt vasitəsi ilə göndərilmişdir. Lakin onlardan asılı olmayan səbəblərdən poçt göndərişi 1 gün gec X14 Xidmətinin Bakı şəhər İdarəsinə daxil olmuş, buna görə də X14 Xidmətinin Bakı şəhər İdarəsi hüquqpozmanın 5 gün ərzində aradan qaldırılmadığı qənaətinə gəlmişdir. Çünki işçinin hüquqpozmanın aradan qaldırılması elektron sistemdə öz əksini tapmamışdır. Hüquqpozmanın aradan qaldırılmasının elektron sistemdə əks olunmamasının səbəbi isə ondan ibarətdir ki, işçinin pozulmuş hüquqlarının bərpa edilməsinə dair müvafiq sənədlər X14 Xidmətinin Bakı şəhər İdarəsinə daxil olduqdan sonra idarə tərəfindən müəssisəyə xüsusi icazə verilməlidir ki, müəssisənin elektron sistemdə düzəliş etmək hüququ yaransın, lakin sözügedən sənədlər 1 gün sonra idarəyə daxil olduğundan idarə xüsusi icazəni verməmiş, buna görə də işçinin əmək məcəlləsinin müddəalarına uyğun şəkildə əmək müqaviləsinə xitam verilməsinə dair düzəliş elektron sistemdə həyata keçirilə bilməmiş, lakin işçinin pozulmuş hüquqları bərpa edilmiş, ona son haqq hesabı təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X13 izahatında bildirmişdir ki, "El-Seym İnşaat” Qapalı Səhmdar Cəmiyyətinin sədri X10 barəsində xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, X3 əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmuş, işçiyə son haqq-hesab düzgün hesablanaraq ödənilməmişdir. Sözügedən protokol əsasında MN seriyalı ******* inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarda törədilmiş hüquqpozmanın 5 gün ərzində aradan qaldırılması tələb olunmuş, əks təqdirdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimənin ödənilməli olduğu bildirilmişdir. Hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş 5 gün müddətin sonunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinə hüquqpozmanın aradan qaldırılmasına dair sənədlər təqdim edilmədiyindən, elektron sistemdə də düzəliş olmadığından X10 2000 manat cərimə edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq, elektron sistemdə düzəliş edilməyi üçün "El- Seym İnşaat” Qapalı Səhmdar Cəmiyyətinə X14 Xidməti tərəfindən müvafiq icazənin verilməli olduğunu təsdiqləmiş, həmçinin də cəmiyyət tərəfindən hüquqpozmanın 5 gün ərzində aradan qaldırıldığını lakin sənədlərin idarəyə poşt vasitəsi ilə 1 gün sonra daxil olduğunu, əslində isə müsəəsisəyə verilmiş müddət ərzində aradan qaldırəıdığını lakin onlara sənədin gec daxil olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, "El-Seym İnşaat” Qapalı Səhmdar Cəmiyyətinin sədri X10 barəsində İXM-nin 192.6-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və X10 2000 manat cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli El-Seym İnşaat” Qapalı Səhmdar Cəmiyyətinin sədri X6 ünvanlanmış ərizədən görünür ki, X11 əmək müqaviləsinə əsasən hesablanmış əmək haqqı və son haqq hesabının qanunvericiliyinə uyğun ödənildiyini və heç bir etirazının olmadığını bildirmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə 215 nömrəli əmrdən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsin bildirişindən görünür ki, El-Seym İnşaat” Qapalı Səhmdar Cəmiyyəti ilə X11 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü əsasında xitam verilmişdir. Rabitəbank ASC tərəfindən verilmiş 27 may 2022-ci il tarixli, 16-02/471 nömrəli məktubdan görünür ki, X7 xx.xx.2022-ci il tarixdən-xx.xx.2022-ci il tarixinədək ümumilikdə 6531.68 manat əmək haqqı ödənilmişdir. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X11 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə işə qəbul olunmaqla bağlı müraciət etmiş və o həmin tarixdən işə qəbul edilmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, tərəfləri dinləyərək hesab edir ki, X2 şikayəti təmin edilməlidir. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin sədri X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkib əlamətləri yoxdur. İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işçi X3 çalışdığı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən pozulmuş hüquqları xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda müəyyən edilmiş 5 gün müddət ərzində aradan qaldırılmışdır. Bu hal tərəflərin izahatları ilə də öz təsdiqini tapır. Lakin poçt göndərişinin gecikməsi nəticəsində hüquqpozmanın aradan qaldırılmasına dair sənədlərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinə 1 gün gec daxil olması nəticəsində X10 İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qətrar qəbul edilmiş və həmin qərar daha sonra icraya yönləndirilmişdir. Məhkəmənin mövqeyi bundan ibarətdir ki, hüquqpozmanın aradan qaldırılmasına dair sənədlərin 1 gün gec daxil olması nəticəsində işçinin pozulmuş hüquqlarının elektron sistemdə aradan qaldırıldığının əks olunmaması, inzibati xətanın tərkib əlamətlərinin formal şəkildə olduğuna dəlalət edir. İnzibati xətanın tərkib əlamətlərinin formal xarakter daşıması əməlin ictimai təhlükəliliyini aradan qaldırdığından şəxsin inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Məhkəmə belə qənaətə gəlir ki, X2 əməlində İXM-nin 192.6-cı maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. X1 tərəfindən işçinin pozulmuş hüquqları cərimənin şərti olarq tətbiq edilməsi barədə qərarda götərildiyi kimi 5 gün ərzində bərpa edilmiş, hüquqpozma aradan qaldırılmışdır. Aydın görünür ki, məlumatın X9 Bakı Şəhər İdarəsinə 1 gün gec daxil olmasında X2 təqsiri müəyyən edilməməkdir. Ümumiyyətlə şəxs qeyd edilən əməli qərəzli olaraq törətməmiş, ona verilmiş 5 gün ərzində bütün noqsanları aradan qaldırmış və bu barədə də idarəyə məlumat göndərmişdir. Buna görə inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın tərkib əlamətləri olmadığından xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, X2 əməlində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: 1.X10 tərəfindən verilmiş şikayət təmin edilsin. 2.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilsin, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. 3.Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-1112/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1112/2023
04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver