Məhkəmə qərarları › İş №3(001)-1113/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1113/2021

16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1113/2021 16.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs narkotik vasitədən istifadə etdiyinə görə onun barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin sahə inspektoru Amil Musayev tərəfindən xx xxxxxx 2021-ci il tarixdə, MN №1002410 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan sonra Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin sahə inspektoru Amil Musayev məhkəmə ərizə göndərərək yaranmış zərurətlə əlaqədar Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən toplanmış materialın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin sahə inspektoru Amil Musayevin ərizəsi təmin edilməli, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 109 və 114-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizə təmin edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəəqdi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə geri qaytarılsın. Qərardaddan 10 günə Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar