Məhkəmə qərarları › İş №3(001)-1113/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1113/2023

31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1113/2023 31.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin X15i şöbəsinin inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakları ilə, X4 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X8 tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi ilə idarə etmə səlahiyyəti olan ** DM *** dövlət qeydiyyat nişanlı, "Khazar Minik" minik markalı avtomobili idarə etdiyi zaman qanunvericiliklə müəyyən edilmiş formada dönmə əməliyyatını həyata keçirərkən arxasınca hərəkətdə olan "Chevrolet Cruze" minik markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamətli yola çıxaraq idarə etdiyi avtomobilin sol nahiyəsindən vuraraq avtonəqliyyat hadisəsi törətmişdir. Bakı şəhəri DYP-nin Əməkdaşları hadisə yerinə cəlb edilmiş və hadisə ilə bağlı sxem tərtib edilərək protokol tərtib edilmişdir. Hadisə sxemindən və qanunvericiliyə nəzərən faktiki haldan göründüyü kimi zərərçəkmiş şəxslər hər ikisi olsa belə hadisəni törədən şəxs o deyil digər sürücüdür. Lakin müvafiq icra hakimiyyəti orqanı günahın onda olduğunu bildirmiş və barəsində inzibati tənbehetmə növündə İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati protokol tərtib etmişdir. Səbəbini soruşduğu zaman isə bununla bağlı hər hansı fikir bildirməkdən imtina etmişdirlər. Tərtib edilmiş protokoldan görünür ki, ona qarşı DYP orqanı açıq qərəz nümayiş etdirmişdir. Bu əsasla eyni zamanda sübutetmə vəzifəsinin inzibati orqanın üzərində olduğunu bildiyindən sübut üçün müvafiq qanunverciliklə açıqlamaların təqdim edilməsini tələb etsə də, tələbi icra edilməmiş və əsassız olaraq barəsində İXM-nin 327.1ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonradan yəni xx.xx.2023-cü il tarixində ona protokol üzrə qərar ilə bağlı sms bildiriş gəlmişdir, hesab edir ki, qərar əsassızdır və qərar üzrə icraata xitam verilməlidir. Barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin, AR X5un 42-ci və 51-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında X8 şikayəti müdafiə edib məhkəmədən Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman idarə etdiyi avtomobillə sola dönmə işarəsini yandırmış, rahat dönmək sağ tərəfə meyil etmiş, ardınca sola yerdəyişmə etmişdir. Lakin o yerdəyişmə etdiyi zaman avtomobilin dönmə işıqlarını sol istiqamətdə yanılı olduğunu, arxadan gələn avtonəqliyyat vasitəsinin onun avtonəqliyyat vasitəsinin sil yan tərəfindən vurduğunu, onun ara məsafəsi gğləməli olduğu halda gözləmədiyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin X15i şöbəsinin inspektoru X7 izahatında bildirmişdir ki, X8 xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu İ.P.Dadaşov küçəsində idarə etdiyi **-DM-*** dövlət qeydiyyat nişanlı, “Khazar Minik” markalı avtomobildə ihərəkətdə olarkən Yol hərəkəti hqqında qaninun 42-ci maddəsinin tələblərini pozaraq düzgün manevr etməmiş, digər nəqliyyat vasitələri üçün təhlükə yaratmış və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, X5 42-ci maddəsinə əsasən sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalı, dönmə göstəriciləri manevrə başlamazdan əvvəl verilməli, manevr qurtardıqdan sonra isə dərhal kəsilməli, bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Bundan başqa siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. X1 idarə etdiyi **-DM-*** dövlət qeydiyyat nişanlı, “Khazar Minik” markalı avtomobillə sola dönmə işarəsi versə də avtomobili sağ zolağa istiqamətlənmiş, daha sonra isə sol dönmək istəyərkən arxadan gələn digər nəqliyyat vasitsi ilə yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilənlər təhlükəsiz şəhər kamerasının görüntüləri ilə də təsdiq edilmişdir. Odur ki, şəxsin barəsində İ Azərbaycan Respublikası XM-nin 327.1-ci maddəsi il TP 555913 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. istiqam Məhkəmə iclasında şahid qismində iştirak edən X6 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi "X13 " markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilində hərəkətdə olarkən ondan öndə olan eyni istiqamətdə hərəkət edən “Khazar Minik” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ tərəfi ilə hərəkət edib sürətini azaltdığını görmüş, bundan sonra hərəkətə davam etmiş, ardınca “Khazar Minik” markalı avtomobil anidən sola yerdəyişmə etdiyindən onun maşının sağ ön tərəfi ilə qeyd edilən maşənən sol yan tərəfi toqquşmuşdur. Həmçinin “Khazar Minik” markalı avtomobilin anidən sola yerdəyişmə etməsinin səbəbini yol kənarında adam olması ilə əlaqələndirmişdir, belə ki, “Khazar Minik” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün həmin adamı müştəri qismində avtomobilinə əyləşdirmək üçün anidən sola yerdəyişmə etdiyini bildirmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Khazar Minik” markalı avtomobilin sol istiqamətə dönmə işığı yanılı olduğuna baxmayaraq sağ istiqamətə meyilənmiş, düşünmüşdür ki o yolun sağğ tərəfində dayanmaq istəyir, ona görə də o idarə etdiyi avtomobillə hərəkət istiqamətində davam etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 xx.xx.2023-cü il tarixdə “Khazar Minik” markalı, **-DM-*** dövlət qeydiyyat nömrəli avtomobili ünvan 1 ünvanında idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Protokol tərtib etmiş əməkdaş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin X15i şöbəsinin inspektoru X7 tərəfindən məhkəməyə təqdim edilmiş bir ədəd CD diskə məhkəmə baxışı zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, X4 idarə etdiyi “Khazar Minik” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolun sol cinahından sağ cinahına istiqamətlənir, sonra isə anidən sol istiqamətə dönmə əməliyatı həyata keçirmək istəyərkən arxadan gələn "Chevrolet Cruze" minik markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törədir. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X4 Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, “X12” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin İİİ hissəsinə əsasən dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. Həmçinin həmin maddənin V hissəsinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Məhkəmədə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 xx.xx.2023-cü il tarixdə saat 14:20 radələrində ünvan 1 ünvanında idarə etdiyi “Khazar Minik” markalı, **- DM-*** dövlət qeydiyyat nömrəli avtomobillə sağ istiqamətə meyillənməsinə baxmayaraq anidən sola yerdəyişmə etmişdir. Bununla da X12” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin İİİ hissəsin tələblərini pozmuşdur. Belə ki, X2 dönmə göstəricilərini yandırmasına baxmayaraq təhlükəsizlik tədbirlərini görməmiş, ğöncə sağa istiqamətlənməsinə baxmayaraq daha sonra anidən sola dönmə əməliyyatı həyata keçirmiş, bununla da öz hərəkət istiqamətində hərəkət edən avtomobilin qarşısına çıxmışdır. Bundan başqa X8 tərəfindən “X12” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin V hissəsinin tələbləri də pozulmuşdur. Belə ki, o, zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməmişdir. Dönmə göstəricilərinin ona üstünlük verdiyini hesab edərək yerdəyişmə zamanı istiqamətini dəyişmişdir. Bununla da X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə də, Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır. Ona görə də, məhkəmə hazırda baxılan iş üzrə X8 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə şikayətin İXM-nin 100-ci maddəsinin tələblərinin pozulmasına dair hissəsinə münasibətdə qeyd edir ki , İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəmədə tədqiq edilmiş və İXM-nin 100-ci maddəsinin tələblərinə uyğun şəkildə tərtib edildiyi qənaətinə gəlinmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X4 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar