Məhkəmə qərarları › İş №3(001)-1116/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1116/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1116/2023 10.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-cü il tarixdə Ermənistan Respublikası, Krasnoselsk rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X11 izahat verərək xx.xx.2023-cü il tarixdə Bakı Beynəlxalq Avtovağzal Kompleksində Babayev X3 Rayon Polis İdarəsinin polis əməkdaşlarının xidmətinə maneçilik törədərək polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Buna görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Anar İmanova verilmiş suallara cavab olaraq Şəxs polis əməkdaşlarının qanuni tələblərinə əməl etməməsinin dəqiq olaraq raportda göstərildiyini, yəni evakuatorla duracağa təmin olunan avtomobilin **-XX-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobil ilə qarşısını kəsərək xidmətə maneçilik törətmiş, evakuatorun hərəkət etməsinin qarşısını almağa çalışmışdır. Odur ki, İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib etdiyini, qeyd edilən raportu tərtib etmiş şəxsin izahatını almadığını, şəxsin xx.xx.2023-cü il tarixdə saat təxminən 12:30 radələrində post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanıldığını, şəxsin Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinə post-patrul xidmətinin əməkdaşları tərəfindən təhvil verildiyini, xx.xx.2023-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsində saxlandığını, tutma protokolunun tərtib edilmədiyini, şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı saatın 12:30 olduğunu, şəxsin birbaşa Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsindən Binəqədi Rayon Məhkəməsinə gətirildiyini bildirmişdir. Məhkəmə iclasında , Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidməti baş inspektoru polis kapitanı X2 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü ill tarixdə Binəqədi rayonu ərazisində yerləşən Bakı X1rşısında evakuatorun qarşısını kəsərək, bacısı oğlunun avtomobilin duracağa aparılmasına qarşı çıxdığını və evakuatorun hərəkətinə imkan verməyəcəyini bildirdiyini, bundan sonra o radio rabitə qurğusu vasitəsi ilə post-patrul xidmətinin əməkdaşlarına məlumat verdiyini, post-patrul xidmətinin əməkdaşları dərhal hadisə yerinə gələrək saat 12:30 radələrində Şəxs polis bölməsinə apardıqlarını bildirmişdir. Binəqədi Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri X10 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin 13-saylı avtopatrul maşınında xidmət aparan zaman saat 12:30 radələrində 248 çağırışlı yol patrul xidməti əməkdaşı radio rabitə qurğusu vasitəsi ilə evakuatorla duracağa təmin olunan avtomobilin **-XX-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobillə qarşısının kəsilərək xidmətə maneçilik törədildiyini, evakuatorun hərəkət etməsinin qarşısının alınmağa çalışdığını məlumat vermiş, bundan sonra o birgə xidmət apardığı X4 ilə dərhal həmin yerə yaxınlaşdıqlarını və vətəndaş tərəfindən yol patrul xidmətinə tabesizlik göstərildiyini gördüklərini, vətəndaşı sakitləşdirərək maşına əyləşdirib polis bölməsinə gətirdiklərini bölmədə həmin vətəndaşın Şəxs olduğu məlum olmuşdur. Binəqədi Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri X4 məhkəmə iclasında polis nəfəri X7 izahatı ilə oxşar məzmunda izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında xx.xx.2023-cü il tarixdə bacısı oğlunun avtomobilinin yol patrul xidmətinin əməkdaşları tərəfindən evakuatorla duracağa aparılmasına görə evakuatorun arxasınca gedərək avtovağzalın qarşısında evakuatorun qarşısına keçərək, avtomobilin duracağa aparılmamasını, bacısı oğlunun taksi fəaliyyəti ilə məşğul olduğunu, maddi cəhətdən çətinlik çəkdiklərini və maşının qaytarılmasını xahiş etdiyini, yol patrul xidmətinin əməkdaşı bunun mümkün olmadığını bildirdikdə onun israr etdiyini, daha sonra post-patrul xidmətinin əməkdaşlarının gələrək onu təxminən 12:30 radələrində bölməyə apardıqlarını, bölmədə barəsində protokol tərtib edərək polis əməkdaşlarının müşayəti ilə birbaşa məhkəməyə gətirildiyini bildirmişdir. Son olaraq Şəxs izahatında əməlindən peşman olduğunu, bir daha belə səhv etməyəcəyini, maddi vəziyyətinin çətin olduğunu, taksi fəaliyyəti ilə məşğul olduğunu bildirirək məhkəmədən daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərardaddan görünür ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokola baxılaraq müəyyən edilmişdir ki, İXM-nin 535.1-ci maddəsinin sanksiyası məhkəmə orqanın səlahiyyətlərinə aiddir. Buna görə də, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Şəxs tərəfindən Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin rəisinə ünvanlanmış ərizədən görünür ki, Şəxs məhkəmə prosessində hüquqlarının özü tərəfindən müdafiə ediləcəyini və bunun maddi vəziyyəti ilə əlaqədar olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Şəxs Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsində verdiyi izahatdan görünür ki, o evakuatorun arxasınca getdiyini və tərəfindən evakuatorun qarşısının kəsildiyini səmimi şəkildə etiraf etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, post patrul xidmətinin əməkdaşları radio rabitə vasitəsi ilə daxil olmuş məlumat əsasında hadisə yerinə getmiş, yol patrul xidmətinin əməkdaşının xidmətinə maneçilik törədildiyini müşahidə etmişdirlər. xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, onun qeyd edilən inzibati xətanı törətməsi öz izahatı və tərtib edilmiş raportla təsdiq edilir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə olan, inzinbati protokol düzgün olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat təxminən 12:30 radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksində Binəqədi Rayon Polis İdarəsinin polis əməkdaşlarının xidmətinə maneçilik törədərək, polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək evakuatorla duracağa təmin olunan avtomobilin **-XX-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobillə qarşısını kəsərək xidmətə maneçilik törətmiş, evakuatorun hərəkət etməsinin qarşısını almağa çalışmışdır. Dərhal post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materillarına və şahid ifadələrinə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədildiyi tam şəkildə sübuta yetirilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etiraf edici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32-ci maddəsinə əsasən məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətaya görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati qaydada tutma haqqında protokol tərtib olunmasa da, Şəxs faktiki olaraq azadlığı xx.xx.2023-cü il tarixdən saat 12:30-dan məhdudlaşdırılmışdır. Məhkəmə iclasına da polis əməkdaşlarının müşayəti ilə gətirilmiş, ona görə də məhkəmə şəxsin məhkəmə baxışına qədər faktiki azadlığının məhdudlaşdırılmasını onun tutulması kimi nəzərə alaraq cərimə cəzasının İXM-nin 31.4-1ci maddəsinin tələblərinə uyğun tətbiq edilməsi və dərhal məhkəmə iclas zalından azad edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Babayev X5 dərhal məhkəmə iclası zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protsesti verilə bilər. Hakim Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar