Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1117/2021 01.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Hüquqi ünvanı – ünvan 1 mənzil 1 olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, M ü ə y y ə n e t d i m: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolla Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3438/2009 və 2(005)-2628/2019 saylı icra sənədlərinə əsasən Şəxs MMCdən 80300 manat məbləğində pul alınaraq X2 və Şəxs MMC tərəfindən order tərtib edilməklə iki otaqlı bir mənzil alınaraq tələbkar İsmayılov Zakir Əlmöysüm oğluna verilməlidir. Artıq bir neçə müddət keçməsinə baxmayaraq tələb borclu Şəxs MMC tərəfindən təmin edilməmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilmişdir. Borclu Şəxs MMC icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3438/2009 və 2(005)-2628/2019 saylı icra sənədlərinə əsasən Şəxs MMC-dən 80300 manat məbləğində pul alınaraq X2 və Şəxs MMC tərəfindən order tərtib edilməklə iki otaqlı bir mənzil alınaraq tələbkar İsmayılov Zakir Əlmöysüm oğluna verilməlidir. Daxil olmuş icra sənədinə müvafiq olaraq Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, iş üzrə borcluya tələbin könüllü icrası haqqında bildiriş gönədirlmişdir. İcra vərəqinin icra edilməsi ilə bağlı rəsmi xəbərdarlıq edilmiş, MMC-nin rəhbəri barəsində zəruri icra tədbirləri görülmüşdür. Görülmüş icra tədirlərinə baxmayaraq borclu icra sənədini qəsdən icra etmir. Hazırda Şəxs MMCnin rəhbəri barəsində axtarış elan edilmişdir. İcra məmuru qeyd edilənlərə əsasən inzibati xəta haqqında protokol tərtib etdiyini və MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3438/2009 və 2(005)-2628/2019 saylı icra sənədlərindənn görünür ki, Şəxs MMC-dən 80300 manat məbləğində pul alınaraq X2 və Şəxs MMC tərəfindən order tərtib edilməklə iki otaqlı bir mənzil alınaraq tələbkar İsmayılov Zakir Əlmöysüm oğluna verilməlidir. İş materiallarında olan Binəqədi rayon İcra və Probasiya Şöbəsinin “İcraata başlamaq haqqında” xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli qərarlarından və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, iş üzrə icraata başlanılması, borclu Şəxs MMC-yə icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır və ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İnzibati xəta haqqında materialda olan sübutlarla Şəxs MMC-nin, Bakı şəhəri Binəqədi rayon icra sənədini icra etməməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam sübuta yetirilir. İş materiallarında olan xx.xx.2019 və xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktublarından görünür ki, Şəxs MMC-nin icra sənədi üzrə borcunu ödəməsi, ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə, Şəxs MMC-nin qanuni qüvvəsini almış məhkəmə qərarının icra etməməkdə ifadə olunan inzibati xətanın xarakteri məhkəmə tərəfindən MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas kimi qiymətləndirilir və hesab edir ki, MMC maddənin sanksiyası həddində inzibati cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 ( üç min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1117/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1117/2021
01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver