Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-112/2022 02.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Mənzil Tikinti Kooperativin nümayəndəsi X3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Şəxs MTK (VÖEN **********) AZ1119, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 30, mənzil 9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MTK barəsində tərtib edilmiş 22.12.2021-ci il tarixli, MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrarayon, məhəllə 3169 ünvanında yerləşən Şəxs MTK-ya məxsus torpaq sahəsində olan sərv tinklərinin mühafizə tədbirləri görülməmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsi ilə inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MTK-ın nümayəndəsi X7 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, inzibati xəta üzrə işin aparılması zamanı Şəxs MTK-nın 253-1.4-cü maddəsini yaradacaq hərəkətlər üzrə cavabdehlik daşıdığına dair əsaslandırma mövcud deyil. Bu ondan irəli gəlir ki, tinglərin, ümumilikdə yaşıllığın mühafizəsi üzrə hazırki vəziyətdə MTK-nın hər hansı vəzifəsi yoxdur. MTK-nın bu cür vəzifəsi yaşayış binası inşa edildikdən sonra baş plana və müvafiq rəylərə uyğun salınacaq yaşıllıqların mühafizəsi üzrə yaranacaqdır. Hazırki vəziyyətdə həmin ərazi üzrə MTK-nın qeyd edilən məsuliyyətini müəyyən edən hal yoxdur, dövlət orqanları tərəfindən MTK-nın üzərinə belə bir vəzifə qoyulmamışdır. Həmçinin belə bir vəzifə qeyrimüəyyən əsaslara və subyektiv mülahizələrə əsaslanmaqla həvalə edilə bilməz. Bu baxımdan hesab edirik ki, MTK-nın əməlində inzibati xəta tərkibi yaradacaq halın olması mümkün deyil, çünki MTK qeyd edilən hal üzrə öhdəlik daşımır, yəni subyekt deyil. Torpaq sahəsinin MTK-ya ayrılması özlüyündə dərhal MTK-nın məsuliyyətini də yaratmır. Digər tərəfdən hesab edirik ki, ümumiyyətlə inzibati xəta tərkibini yaradacaq hal baş verməmişdir. Belə ki, inzibati xəta üzrə işdən müəyyən olunmur ki, səlahiyyətli dövlət orqanı əkilmiş ağacların məhz baxımsızlıqdan məhv olduğunu aşkar etmişdir. Bu inzibati orqanının əməkdaşının mülahizəsidir. Əvvəla “yaşıllıqların mühafizəsi haqqında” qanunvericilik müvafiq qaydada manitorinq aparılması öhdəliyini qoyur. Regional idarələrin də fəaliyyət istiqamətlərində biri budur. Həmin sahə ilə bağlı mütəmadi monitorinq aparılmamış, yalnız ərizə əsasında baxış keçirilmiş və guya müəyyən edilmişdir ki, ağacların məhv olma səbəbi lazımi qaydada mühafizənin olmamasıdır. Halbuki əraziyə gələn əməkdaş müəyyən edə bilərdi ki, torpaq sahəsi coğrafi relyef baxımından qayalıq ərazidən ibarətdir. Həmin ərazidə hər ağacın bitməsi, böyüməsi real deyil, coğrafi şəraiti uyğunlaşmış ağacların əkilməsi təmin edilməli, həmçinin müvafiq baza hazırlanmaqla yaşıllıqlar salınmalıdır. Kortəbii yaşıllığın mühafizəsi də mümkün deyil. Ağacların baxımsızlıqdan və yaxud lazımi qaydada mühafizə olunmadığına görə məhv olması barədə dəlillər lazımi qaydada araşdırılmamış, müvafiq mütəxəssis rəyi alınmadan belə bir qərar qəbul edilməsi əsassız olmuşdur. Bu faktın müəyyən edilməsi, yəni tinglərin baxımsızlıqdan deyil, məhz coğrafi şəraitlə əlaqədar bitməməsi inzibati xətanın baş vermədiyi anlamına gəlir ki, bu da işin icraatına xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə ünvanında baxış keçirilərkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 Agentliyi tərəfindən verilmiş 01.07.2021-ci il tarixli 22/1802 nömrəli ekoloji ekspertiza rəyinə uyğun olaraq sözügedən ərazidə "xxxx" MTK tərəfindən 1 ədəd 2 girişli 14 mərtəbəli yaşayış binasının tikintisi işlərinə başlanıldığı müəyyən edilmişdir. X4 Agentliyi tərəfindən tikinti altına düşən orta yaş dövrünü başa vurmuş 1 ədəd qovaq və 3 ədəd xan çinarı ağaclarının köçürülmə üçün əlverişli parametrlərdə olmadığından həqiqi bərpa dəyəri (3528 AZN) ödənilməklə, 2 ədəd şərq çinarı ağaclarının isə tam quru olduğundan hər birinin əvəzinə layihədə nəzərdə tutulmuş yaşıllıq sahəsində yeni tinklərin əkilməsi şərtilə götürülməsinə dair 21.10.2021-ci il tarixli 22/3039 nömrəli növbəti ekoloji ekspertiza rəyi bildirilmişdir. Əməkdaşlar tərəfindən “qurumuş şam ağaclarının kəsilməsi” ilə bağlı araşdırma aparılarkən Şəxs MTK-nın sədri Vüsal Cəfərov arayış təqdim edərək əvvəlki dövrlərdə ərazinin ətrafı açıq olduğundan qurumuş sərv tinklərinin naməlum şəxslər tərəfindən qırıldığını bildirmiş və MTK tərəfindən həmin yerdə yeni sərv tinkləri əkilmişdir. Qeyd olunanlarla əlaqədar akt yazılmış, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə ünvanında əkilmiş sərv tinklərinin qorunmasının və müvafiq mühafizə tədbirlərinin görülməməsinə görə Şəxs MTK barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib olunmuşdur. Deyilənlərin nəzərə alınaraq Şəxs MMC-nin barəsində müvafiq inzibati tənbeh tədbirini tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, nümayəndənin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın təsisçisinin izahatlarını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs MTK-nın əməlində İXM-in 253-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 24 noyabr 2021-ci il tarixli 73556 nömrəli Aktdan görünür ki, İdarəyə 22.10.2021-ci il tarixində X4 Agentliyindən daxil olmuş 21.10.2021-ci il tarixli 22/3039 nömrəli ekspertiza rəyində Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə ünvanında Şəxs MTK tərəfindən tikintisi nəzərdə tutulmuş yaşayış kompleksinin layihəsi altına düşən yaşıllıqların götürülməsinə dair müraciətə baxıldığı, sözü gedən layihə sənədlərinin X4nın razılaşdırıldığı nəzərə alınaraq tam quru kök üstə olan 2 ədəd şərq çinarı, orta yaş dövrünü başa vurmuş 1 ədəd qovaq və 3 ədəd şərq çinarı ağacları köçürülmə üçün əlverişli parametrlərdə olmadığından həqiqi bərpa dəyəri “X5 üzrə Dövlət Fonduna” ödənilikdən sonra əvəzinə yeni tinklərin əkilməsi şərti ilə götürülməsi bildirmişdir. Qeyd olunanlara əsasən Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən DEEA-nın 21.10.2021ci il tarixli, 22/3039 nömrəli rəyini nəzərə alaraq, Şəxs MTK-nın tikinti layihəsi altına düşən yaşıllıqlar barəsində 04.11.2021-ci il tarixli, 78 nömrəli qərar qəbul etmiş, yaşıllığın götürülməsi vərəqi tərtib olunaraq rəyin icrası üçün Bakı Şəhər İcra İcra Hakimiyyəti X1nə göndərilmişdir. Tam quru kök üstə olan 2 ədəd şərq çinarı, orta yaş dövrünü başa vurmuş 1 ədəd qovaq və 3 ədəd şərq çinarı ağacların rəydə göstərilən qaydalar və tələblərə uyğun olaraq X1 tərəfindən götürülərək hər birinin əvəzinə layihədə nəzərdə tutulmuş yaşıllıq sahəsində yeni tinglər əkilmiş və suvarılması təmin olunmuşdur. Habelə 1 ədəd qovaq və 3 ədəd şərq çinarı ağacının 3528 manat məbləğində həqiqi bərpa dəyəri “X5 üzrə Dövlət Fonduna” ödənilməsi təmin olunmuşdur. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanan 16 dekabr 2021-ci il tarixli, 43 nömrəli məktubdan görünür ki, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə ünvanında yerləşən torpaq sahəsi çıxarış əsasında Şəxs MTK-ya məxsusdur. Həmin torpaq sahəsində tikinti altına düşən 6 ədəd ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyinə, Binəqədi bələdiyyəsinin qərarı və götürülmə vərəqinə əsasən götürülmüşdür. Ərazidə olan digər qurumuş sərv tingləri isə əvvəlki dövrlərdə ərazinin ətrafi açıq olan zaman naməlum şəxslər tərəfindən qırılmışdır. Bununla belə qurumuş tinglərin yerində yeni sərv tingləri əkilmişdir. Eyni zamanda bildirilir ki, ərazidə tikinti başa çatdıqdan sonra abadlıq-yaşıllaşdırma layihəsinə uyğun olaraq yeni ağac tingləri əkilməklə yaşıllıqların bərpa olunacağına zəmanət verilmişdir. Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 04.11.2021-ci il tarixli, 24 saylı ümumi iclasın protokolundan çıxarış və 78 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertizası Agentliyinin 21 oktyabr 2021-ci il tarixli, 22/3039 saylı rəy məktubunu nəzərə alaraq, 9-cu mkr., 3169-cu məhəllədə layihənin X4 ilə razılaşdırıldığını nəzərə alaraq bildirilir ki, sözügedən yaşıllıqlardan 2 ədəd Şərq çinarı (d=40-42sm) ağacı köküstə tam quruduğu üçün hər birinin əvəzinə layihədə nəzərdə tutulmuş yaşıllıq sahəsində yeni ting əkilməsi şərti ilə, orta yaş dövrünü başa vurmuş 1 ədəd Qovaq (d=50sm) və 3 ədəd Şərq çinarı (d=34, 36, 42sm) ağacı isə köçürülmə üçün əlverişli parametirlərdə olmadığından həqiqi bərpa dəyəri X5 üzrə dövlət fonduna (11 saylı RETSİ-nin hesab-fakturası əsasında) ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra hər birinin əvəzinə layihədə yaşıllıq üçün nəzərdə tutulmuş sahədə yeni ting əkilməsi şərti ilə kökləri torpaqdan çıxarılaraq götürülməsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Məhkəmədə inzibati tənbeh tətbiq edilən Şəxs MTK-in barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri təhlil edərək belə qənaətə gəlir ki, təqdim olunmuş materialda Şəxs MTK-in bu Məcəllənin 253-1.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1 -ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 22.12.2021-ci il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MTK-nın əməlində İXM-in 253-1.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 22.12.2021-ci il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MTK-nın əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-112/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-112/2022
02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver