Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1120/2023 13.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin icra məmuru, X2 bildirmişdir ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli 2(034)-280/2020 nömrəli qətnaməsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-10879/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, cavabdeh Şəxs xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment iddiaçı X3 xeyrinə tutulması barədə qətnamə qət edilmişdir. Həmin qətnamə əsasında tərtib edilmiş icra vərəqəsi Binəqədi rayon İcra şöbəsinin icraatına daxil olmuş və xx.xx.2020-cı il tarixdə icra məmuru Şakir Bahadırov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. X6 xx.xx.2023-cü il tarixdə Binəqədi rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək Şəxs tərəfindən məhkəmə qətnaməsinin icra olunmadığını, sonuncunun inzibati qaydada həbs olunmasını xahiş etmişdir. Şəxs tərəfindən məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra olunmamasına görə barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, məhkəmə qətnaməsini icra etməkdən yayınmır, onun barəsində protokol əsassız tərtib edilmişdir. X6 ilə faktiki olaraq 2001-ci ildə ailə həyatı qurmuş, 2003-cü ildə nigaha daxil olmuş, 2013-cü ildə Zəngilan Rayon Məhkəməsinin qərarı ilə nigahları pozulmuşdur. Həmin nigahdan xx.xx.2003-cü il təvəllüdlü X17, xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X16 adlı övladları var. X22 3cü qrup əlildir və məhkəmə qətnaməsi ilə onun himayəsinə, iki qızı isə X3 himayəsinə verilmiş və ondan hər uşaq üçün 170 manat olmaqla ümumilikdə 340 manat pulun ona ödənilməsinə qərar verilmişdir. İki qızı analarının himayəsinə verdildiyindən və qızlarının heç bir əziyyət çəkməməsi üçün birgə nigah dövründən əvvəl, 1998-ci ildə şəxsi vəsaiti hesabına alınmış evin böyük hissəsini X3 və iki övladının istifadəsinə vermiş, həmin şəxslər ilə hal-hazırda da həmin evdə birlikdə yaşayırlar, lakin həmin evin rəsmi sənədləri yoxdur. Əslində o ev birgə nigah dövründə əldə edilmədiyindən, hazırda da nigahları pozulduğundan onun özünün şəxsi mülkiyyətidir. Buna baxmayaraq qızlarına normal həyat təmin etmək üşün analarına da həmin evdə yaşamasını icazə vermişdir və hazırda da qeyd edilən yaşayış evində birgə yaşayırlar. Nigahları pozulduğu gündən bu günə kimi həmin evin bütün kommunal xərclərini özü çəkir, ümumi istifadə etdikləri qaza görə aylıq 100-110 manat, işiq üçün 20-30 manat, su üçün 12-15 manat məbləğində pul ödəyir. Evin mətbəxi ümumidir və evə bazarlığı o özü edir, qızlarının tələbətlarını evdə birlikdə yaşadığı üçün özü ödəyir. Hər ayın əvvəli, ortası və axırı ailment pulunu nağd qaydada X5 ödəyir. Həmin alimenti 3 dəfəyə ona görə ödəyir ki, zəruri olan nəsə alamaq lazım olanda yanlarında pulları olsun. Çünki gündəlik tələbat mallarını özü alır, bazarlığ özü edir, kommunal xərcləri də o ödəyir. Qeyd edilən aliment borcu isə məhkəmə qətnaməsi ilə məhkəməyə müraciət edildiyi gündən tutulduğundan ona görə şişərək həmin məbləğə çatmışdır. 3-cü qrup əlil övladı X17 onun himayəsindədir, onun müalicəsi ilə mütəmadi məşğul olur, qızlarına da baxır, lazım olduğu vaxtlarda yeni geyimlər alır, uşaqlara qarşı sevgisini əsirgəmir. Övladlarına baxmamaq fikri olsaydı, əlil oğlunu belə himayəsinə götürmək fikri olmazdı. Keçmiş həyat yoldaşına da ona məxsus evdə yaşamasına məhz elə iki qız övladını düşündüyü üçün icazə vermişdir. İndiyədək tələbkar tərəfindən ona hər hansı irad bildirilməmişdir. Çünki övladlarını saxlamaq üçün rəsmi iş yeri olmasa da bacardığı hər şeyi edir. Aliment borcu üzrə yığılıb qalan 4434 manat aliment borcunu da ödəməyə etiraz etmir. Lakin keçmiş həyat yoldaşı həmin məbləğin bir dəfəyə ödənilməsini tələb etdiyi üçün heç bir yerdə işləmədiyi üçün birdəfəyə ödəməyə gücü yoxdur. Bundan sonra aylıq 500 (beş yüz) manat ödəməyə hazır olduğunu, 340 manatın cari aliment borcuna geri qalan məbləğin isə əvvəlki aliment borclarına tutulmasını xahiş edir. Sonucu dəfə xx.xx.2023-cü il tarixdə 70 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə isə 100 manat ödəniş etmişdir. Rəsmi gəlir və iş yeri yoxdur, günəmuzd işləyir buna baxmayaraq aliment borcunu ödəməkdən yayınmır, övladlarını saxlamaqdan borun qaçırmır. Buna görə də, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, Şəxs ilə eyni evdə yaşayırlar və evin bütün kommunal xərcləri Şəxs tərəfindən ödənilir, hər ay 3 dəfəyə tam olmasa da aliment pulunu az az ödəyir, baldızı ilə eyni həyətdə qalırlar, lakin Şəxs baldızna və onun uşaqlarına yaxşı baxdığı halda onlara yaxşı baxmır. Hal hazırda Şəxs mülkiyyətində torpağı olduğunu və sotunu 4000 (dörd min) manatdan satdığını və satdığı torpaqdan pay istədiyini qeyd edərək, qalan aliment borcunun hissə-hissə şəkildə deyil, tam olaraq tələb etdiyini, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq Şəxs torpağının rəsmi sənədlərinin olub olmamsını bilmədiyini, lakin onun torpağının olduğunu bildiyini, hazırda qaldığı evin rəsmi sənədləri olmasa da nigahdan qabaq Şəxs tərəfindən alınmış ev olduğunu qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Aslanov X11 Yaqub Əyyub oğlunun ailəsinə maddi yardım göstərdiyini və ailəni saxlamağa cəhd etdiyini, aliment ödənişlərini etdiyini bildirmişdir. Bununla yanaşı Şəxs borcunu ödəməkdən yayınmadığı, hər ay 500 (beş yüz) manat ödəməyə hazır olduğu məhkəmənin diqqətinə çatdırmışdır. Şəxs himayəsində 3-cü qrup əlil övladının olmasının nəzərə alınmasını, hazırda tərtib edilmiş protokol üzrə müdafiəçisi olduğu şəxsin heç bir təqsiri olmadığını bildirərək məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, 2(034)-280/2020 saylı icra vərəqəsindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli 2(034)-280/2020 nömrəli qətnaməsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-10879/2017 saylı qərarı ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, cavabdeh Şəxs xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. xx.xx.2020-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Şakir Bahadırov tərəfindən Şəxs barəsində icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2020-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(034)-280/2020 nömrəli icra sənədində göstərilən tələbin 10 (on) gün müddətində könüllü icra etməsi barədə rəsmi bildirişi qəbul etmişdir; 16616, 51227 və 14050 saylı qəbzlərdən görünür ki, H*****Ü****T***** adlı müştərinin 676867******8703 kart nömrəsinə xx.xx.2023-cü il tarixdə 70,00 AZN, xx.xx.2023-cü il tarixdə 200,00 AZN, xx.xx.2023-cü il tarixdə isə 100,00 AZN pul vəsaiti köçürülmüşdür. Kapitalbank ASC tərəfindən verilmiş X4 adına olan 676867******8703 kart hesabından çıxarışdan görünür ki, həmin hesaba aliment ödənişləri üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 13281,00 Azn vəsait ödənimişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Nuriyev X13 Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli 2(034)-280/2020 nömrəli qətnaməsinin və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-10879/2017 saylı qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə görə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə əsassız inzibati protokol tərtib edilmişdir, onun əməlində qeyd edilən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Zəngilan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(034)- 280/2022 nömrəli icra sənədi üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında yaranmış borcunu ödəməkdən boyun qaçırmadığını, heç bir yerdə rəsmi işləmədiyinə baxmayaraq alimenti ödəməyə çalışdığı, sadəcə olaraq əvvəldən hesablanmış borcunu tam ödəməyə bilmədiyini, bunun üçün qazancının olmadığını, yığılmış borcu da hissəhissə ödəyəcəyini, iki qızının və keçmiş həyat yoldaşının nigahdan əvvəl əldə etdiyi evdə yaşadığını, evin böyük hissəsinin onlara ayırdığını, evin mətbəxinin ümumi olduğunu, evə bazarlığı özünün etdiyini, övladlarını saxlamaqdan yayınmadığını, evin kommunal ödənişlərinin də özünün etdiyini, aylıq aliment ödənişini üç hissəyə bölərək ödədiyini, son 20 gündə 3 dəfəyə olmaqla ümumilikdə 370 manat vəsait ödədiyini bildirmişdir. Bu hal icra məmuru və zərərçəkmiş şəxsin izahatı ilə öz təsdiqini tapır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmuru tərəfindən müəyyən icra hərəkətləri aparılmış, lakin aparılmış həmin icra hərəkətləri natamam aparılaraq toplanmış sübutlara düzgün qiymət verilmədən, Şəxs borcunu üzrüsüz səbəbdən ödəməməsini təsdiq edən sübutlar əldə edilmədən inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq protokol tərtib edilmişdir. İcra məmuru qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra sənədinin icrasını qərəzli olaraq icra etməkdən yayınmayan şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan bütün hallar Şəxs təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs sözügedən inzibati xəta hadisəsi ilə əlaqədar əməlində təqsirin olmaması səbəbi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatından göründüyü kimi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil müdafiəçi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə Şəxs hüquqlarının müdafiəsinə 5 saat vaxt sərf etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Şəxs göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-1120/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1120/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver