Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1122/2021 25.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində 79 saylı avtobusda tam karantin qaydalarına uyğun gedən zaman Binəqədi rayon 4-cü bölmənin yaxınlığındakı dayanacaqda bir mülki şəxs avtobusa minib ona yaxınlaşmış və özünü təqdim etmədən bildirmişdir ki, “siz şübhəli şəxsə oxşayırsınız, zəhmət olmasa mənimlə 4-cü ölməyə yaxınlaşasınız”. O da heç bir etiraz etmədən bölməyə getmişdir. Bölmədən Kənan Cəfərov adlı şəxs ona maska taxmamağa görə cərimə olunacağını demişdir. O, etiraz edərək maska taxdığını bildirsə də, Kənan Cəfərov ona “elə etmə ki, səninlə başqa cür danışaq” deyə cavab vermişdir. Sonra isə ona oxumağa imkan vermədikləri protokola imza etdirmişlər. Bölmədən çıxdıqdan sonra protokolun bir nüsxəsini tələb edəndə Kənan Cəfərov çox kobud şəkildə “təpənə dəysin” kimi sözlərdən istifadə edərək onu kobudlamışdır. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Onlar isə məhkəməyə müraciət etməsini bildirmişlər. Həmin gün DİN-nin elektron ünvanına da yazmışdır. xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Növbəti günlərdə məhkəmədən ona zəng vurularaq qərar və protokolun bir nüsxəsinin ərizəyə əlavə olunaraq yenidən verilməli olması bildirilmişdir. Zəngdən sonra xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə Binəqədi rayon Polis İdarəsinin 4-cü bölməsinə qərar və protokolun nüsxəsinin alınması tələbi ilə müraciət etmişdir. Polisdən cavabın gec gəlməsinə görə özü əvvəlcə Binəqədi rayon Polis İdarəsinə getmiş, oradan isə 4-cü Polis bölməsindən qərarın surətini ala biləcəyi bildirilmişdir. 4-cü bölmədə qərar və protokolun bir nüsxəsini xx.xx.2020-ci il tarixi ilə ala bilmişdir. Məhkəmə iclasında X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə 79 saylı avtobusda gedərkən ona yaxınlaşıb polisə dəvət edən şəxsin X1masını müəyyən etmişdir. Həmçinin avtobusda kamera da olmuşdur ki, polislər istəsə həmin kamera vasitəsi ilə onun avtobusda maska taxıbtaxmamasını müəyyən edə bilərdilər. Lakin polis tərəfindən zəruri araşdırma aprılmadan onun barəsində qərəzli protokol tərtib edilmişdir. Ona görə də, məhkəmədən inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək adına yazılmış cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 tibbi maskadan istifadə etməmişdir. X2 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 tibbi maskadan istifadə etmədiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ tərəfindən X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərarda sonuncunun inzibati xətanı törətdiyi vaxt və yer göstərilməmiş, eləcə də qeyd olunan protokol və qərarda X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xətanın mahiyyəti və ya həmin inzibati xətanı törətməsini göstərən hər hansı bir qeyd əlavə edilməmişdir. Bununla yanaşı, X4 məhkəmədə verdiyi izahatından müəyyən edilmişdir ki, barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-nin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən 79 saylı avtobusda kamera görüntülərinin olub-olmaması, eləcə də görüntülər olarsa həmin olan kamera görüntülərinə baxış keçirilərək X4 maska taxıb-taxmaması ilə bağlı xüsusatlar obyektiv şəkildə araşdırılmadan sonuncunun inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı material toplanmışdır. Qeyd olunanlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Səlahiyyətli orqanın nümayəndəsi isə məhkəmədə iştirak etməmiş və səlahiyyətli orqan tərəfindən məhkəməyə inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasına dair heç bir sübut göndərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X5 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, eləcə də iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halları aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə məhkəmə, şikayətçi X4 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-1122/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1122/2021
25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver