Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1123/2021 17.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, X1 Binəqədi RPİ-nin YPŞ-nin tərtib etdiyi AP ******* saylı, xx.xx.2020-ci il tarixli protokoldan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM : Binəqədi Rayon Məhkəməsinin icraatına X1 barəsində tərtib olunan inzibati xəta haqqında protokoldan verdiyi şikayət daxil olmuşdur. Məhkəmə iş materialını araşdıraraq X1 Binəqədi Rayon Məhkəməsinə şikayət ilə müraciət etməsində inzibati qanunvericiliyin tələblərinin pozulduğunu müəyyən etmişdir, ona görə də hesab edir ki, ərizə icraata qəbul edilmədən onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-4690/2020 saylı qərarından görünür ki, «xxxx» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(103)-284/2021 saylı qərarından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 tərəfındən apellyasiya qaydasında verilmiş şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edildikdə, protokol və digər materiallar natamam olduqda işə baxarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, AP ******* saylı, xx.xx.2020-ci il tarixli protokol üzrə qüvvədə qərar olunduğundan, X2 tərəfindən verilmiş şikayətin geri qaytarılmasına dair qərardad qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 100, 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Binəqədi RPİ-nin YPŞ-nin tərtib etdiyi AP ******* saylı, xx.xx.2020-ci il tarixli protokoldan verdiyi şikayət geri qaytarılsın. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1123/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1123/2021
17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver