Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1124/2022 28.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Şikayət vermiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 30 mart 2022-ci il tarixli, **********6/22 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına "xxxx" MMC-nin direktoru X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 30 mart 2022-ci il tarixli, **********6/22 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. Şikayətdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən barəsində, Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi üzrə İnzibati tənbehvermə haqqında 22 fevral 2022-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. Qərarla onun, Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinin tələblərinin pozulması əsası ilə 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh edilməsi qərara alınmışdır. Belə ki, şikayət edilən qərarda qeyd edilir ki, onun tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada X9 və X10 ilə bağlanılmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1-ci bəndi pozulmaqla xitam verilmişdir. Həmin qərar əsassız, qanunsuzdur və bundan başqa qərar qəbul edilərkən İXM-in 60.3, 61.3, 100.1.7, 100.2, 100.3, 100.4-cü maddələrinin tələbləri kobud surətdə pozulmaqla qəbul edilmişdir. Ona görə də barəsində qəbul edilmiş qərar ləğv edilməli və tətbiq olunmuş inzibati xəta haqqında icraata xitam verilməlidir. Qarabağda gedən abadlıq işləri və Zəfər Yolunun tikintisi ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişi ilə və Azərbaycan Avtomobil Yolları X12 heyətinin sədri Saleh Məmmədovun 18.05.2021-ci il tarixli 32,34,31,30,29,28,27,26,25,24,23,22,21,35 sərəncamlarına uyğun olaraq, müəssisəsinin balansından Zəfər Yolunun tikintisində iştirak edən Azərbaycan X16 Agentliyinin digər müəssisələrin balanslarına 49 ədəd TATRA-815 markalı avtomobillər əvəzsiz olaraq verilmişdir. Sərəncamla avtomobillərlə bir yerdə sürücülərin də ştat vahidləri onlardan alınaraq həmin müəssisələrin balansına verilmişdir. 18.05.2021-ci il tarixdə sərəncamda göstərilən bütün avtomobillər müəssisəyə yığılmış və sürücülər sərəncamla tanış olmuşlar. Sürücülərdən 35 nəfər sərəncamla razılaşmış və yeni iş yerlərinə getmək üçün ərizə yazaraq müəssisə ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Onlar hal-hazırda yeni iş yerlərində əmək fəaliyyətlərinin davam etdirirlər. 19.05.2021-ci il tarixdə səhər 08:00-dan başlayaraq müəssisənin ərazisində sərəncamın icrası ilə əlaqədar, sərəncamda qeyd edilən avtomobillər sürücülər ilə birlikdə təhvil-təslim aktları tərtib olunaraq yeni müəssisənin nümayəndələrinə təhvil verilmişdir. X2 və X10 ilə birlikdə digər 10 sürücülər avtomobilləri təhvil versələr də, sərəncamla razılaşmamış və yeni iş yerlərinə qətiyyən getməyəcəklərini bildirmişlər. Onlar müəssisənin həyətində digər razı olmayan 10 sürücü ilə birlikdə özlərini aqressiv aparmış, nalayiq söyüşlər işlədərək müəssisənin işçilərinə qarşı kobud hərəkətlər törətmişlər. Bu vəziyyət müəsisənin rəhbərliyinə məruzə edilmiş və tədbir görülməsi xahiş olunmuşdur. Belə olan halda X9 və X10 ilə birlikdə digər 10 sürücünün yeni iş yerlərinə getməyəcəkləri təqdirdə, ştat vahidlərinin onlardan alınmağını nəzərə alaraq məcburən onlara qarşı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndini tətbiq edilməsi qərara alınır. Bu məqsədlə X9 və X10 ilə birlikdə digər 10 sürücü müəssisənin kadrlar şöbəsinin rəisi Afət Məmmədovanın xidməti otağına dəvət olunmuş, onlara sərəncamın tələbləri, ondan irəli gələn məsələlər yenidən izah olunmuş və onları başa salmağa çalışmışlar. X9 və X10 digər 10 sürücü ilə onlara təklif olunmuş əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazıb yeni iş yerinə gedib işə çıxmaq təklif olunsa da onlar bundan qəti imtina etmişlər. Belə olan halda onlara Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddənin “b” bəndi ilə ixtisara düşə biləcəkləri barədə rəsmi xəbərdar olunmuşlar. Onlara təqdim olunmuş xəbərdarlıq məktubuna imza atmaq təklif olunsa da, sürücülər buna qəti etiraz etmiş və xəbərdarlıq məktubuna imza atmamışdılar. Bundan sonra onlar özlərini daha aqressiv aparmış, müəssisənin rəhbərliyinə və Afət Məmmədovaya qarşı nalayiq ifadələr işlətmişlər. Onlar Afət Məmmədovanın əlindən qeydiyyat kitabını alıb cırmağa cəhd göstərmişdilər. Bundan sonra sürücülər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddənin 1-ci hissəsi ilə rəsmi xəbərdar olunmuşlar. İşdən çıxmaq ərizəsi və xəbərdarlıq məktubuna imza atmaqdan imtina etmələri barədə akt tərtib olunmuş və müəssisənin işçiləri tərəfindən imzalanmışdır. Törətdikləri xuliqanlıq əməllərinə görə tərəflərindən Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət olunmuşdur. 19.05.2021-ci il tarixli Azərbaycan Avtomobil Yolları X12 Heyətinin sədrinin sərəncamı ilə sürücülərin tanış olması, onların avtomobillərin təhvil-təslim prosesində iştirak etməsi, X9 və X4 və digər 10 sürücünün kadlar şöbəsinin rəisi Afət Məmmədova tərəfindən rəsmi xəbərdar olunması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin tam həcmdə yerinə yetirilməsi anlamına gətirilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddənin 1-ci hissəsində göstərilmişdir ki, işçi ixtisara salınarkən rəsmi xəbərdar olunmalıdır. Qanunda xəbərdarlığın mütləq yazılı olması nəzərdə tutulmamışdır. Bundan başqa X9 və X10 qanunda nəzərdə tutulmuş 2 aylıq müavinəti tam həcmdə almışdılar. 07.06.2021-ci ildə X9 digər 5 sürücü ilə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə müraciət etmişdilər. O vaxtı aparılmış yoxlama zamanı onların ixtisara salınmasında xidmət tərəfindən qanun pozuntusu aşkar olunmamışdır. Lakin üstündən 10 ay keçdikdən sonra yenidən eyni sürücülərin eyni məzmunlu ərizəsi əsasında yoxlama aparıb hansısa pozuntu aşkar etmək sadəcə təəccüb doğurur. Bundan başqa X13 tərəfindən İXM-in maddələrinin kobud sürətdə pozulmasına sübut kimi 18.02.2020-ci il tarixdə, №**********26 saylı, 08.02.2020-ci il tarixli məktubunu göstərmək olar. Belə ki, məktubda xidmət tərəfindən aparılmış yoxlama zamanı, sürücüləri X9 və X4 3 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilərəkən qanunvericiliyin tələbi pozulduğu bildirilmişdir. Bildirişdə yol verilmiş nöqsanların aradan qaldırılması və X14 Xidmətinə məlumat verilməsi xahiş olunurdu. 24.02.2022-ci ildə o xidmətə yaxınlaşaraq tərəfindən sürücülərlə aralarında bağlanmış əmək müqavilələrinə xitam verilən zamanı heç bir qanun pozuntusuna yol verilməyən sənədlər təqdim etmək istəmişdir. Lakin xidmətdən ona bildirdilər ki, 22.02.2022-ci il tarixdə idarənin rəisi X20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1500 manat məbləğində cərimə olunmuşdur. O buna qəti etiraz edərək onlara qəbul edilən qərarın onlardan xəbərsiz qəbul olunduğunu bildirmişdir. Lakin xidmətin işçiləri buna məhəl qoymamışlar. Ona görə də onlar məcbur olub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə 22.02.2022-ci il tarixli № MN0020601 saylı qərarından şikayət ərizəsi verilmişdir. Lakin 06.04.2022-ci il tarixdə qərarın qüvvədə saxlanılması barədə xidmətdən bildiriş almışlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosesual hərəkətin tarixinə 5 gün qalmış verilir. Barəsində tərtib olunmuş 22 fevral 2022-ci il tarixli qərara baxılan zaman onun iştirakı təmin olunmamış, inzibati xəta ilə bağlı olan işin baxılmasının vaxtı və yeri barədə ona məlumat verilməmiş, nəticədə qərar qəbul edən səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalara dair müdafiə hüququnu hazırlamaqla yanaşı vaxtında gəlməməsinə şərait yaratmış, sübutların araşdırılması və qiymətləndirilməsi prinsiplərini pozmuşdur. Yəni barəsində inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmışdır. İşə baxılmasının yeri, vaxtı ona vaxtında bildirilməmiş və bu barədə onun məlumatı olmamışdır. İXM-in tələbinə görə hakim və səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını iş baxılması və yeri, habelə ayrı-ayrı prosesual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosesual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağrırlar. Göründüyü kimi həmin protokolun tərtib olunması zamanı İXM-in bu maddələri kobud şəkildə pozulması ilə tərtib olunmuş protokol sözügedən qərarın qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X3 şikayətdə verilən xüsusatları təkrar edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 30 mart 2022-ci il tarixli, **********6/22 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: 22 fevral 2022-ci il tarixli, MN ******* saylı qərarından görünür ki, X20 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinin pozulması əsası ilə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquq pozuntusunun aradan qaldırılması üçün 20 gün müddət müəyyən olunmuşdur. 30 mart 2022-ci il tarixli, **********6/22 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 22 fevral 2022-ci il tarixli, MN ******* saylı qərarı dəyişidirilmədən saxlanılmışdır. 19 may 2021-ci il tarixli aktdan görünür ki, X9, X10 və digər 10 sürücü Avtomobil Yolları X12 heyətinin sədri Saleh Məmmədovun 18.05.2021-ci il tarixli 32,34,31,30,29,28,27,26,25,24,23,22,21,35 sərəncamlara qəti etirazlarını bildirmiş, yeni iş yerlərinə getməyəcəklərini elan etmişlər və işdən azad olunmaq barədə ərizə yazmaqdan qəti imtina etmişlər. Belə ki, onlar müəssisədə qalıb əmək fəaliyyətlərini davam etdirmək istəmişlər. Onlara vakant sürücü yerinin olmadığı, yeni iş yerlərindən imtina edəcəkləri təqdirdə Əmək Məcəlləsinin 70 “b” maddəsinin tətbiq olunması barədə xəbərdar olunmuşlar. Bu barədə onlar Əmək Məcəlləsinin 77.1-ci maddəsinə uyğun olaraq rəsmi xəbərdarlıq olunmuşlar. 18 may 2021-ci il tarixli xidməti məruzədən görünür ki, X9, X10 və digər 10 sürücü Avtomobil Yolları X12 heyətinin sədri Saleh Məmmədovun 18.05.2021-ci il tarixli 32,34,31,30,29,28,27,26, 25,24,23,22,21,35 sərəncamlarla razılaşmamışlar, yeni iş yerlərinə getməyəcəkləri və sərəncamlardan irəli gələn tələbləri qətiyyən yerinə yetirməyəcəklərini kəskin şəkildə bildirmişdilər. 19 may 2021-ci il tarixli xidməti məruzədən görünür ki, X9, X10 və digər 10 sürücü sərəncamla qəti razılaşmamışlar və işdən azad olunmaq barədə ərizə yazmaqdan imtina etmişlər. Onlar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77.1-ci maddəsi ilə rəsmi xəbərdarlıq edilmişdir. 19.05.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, X6 Azərbaycan Avtomobil Yolları X12 Heyyətinin 18 may 2021-ci il tarixli, 28 nömrəli sərəncamı ilə onun təhkim olunduğu ** JZ *** dövlət nömrə nişanlı TATRA 815 markalı avtomaşın İmişli "xxxx" MMC-nin balansına verilməsi ilə əlaqədar onun ştatı ixtisara düşmüşdür. Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən xəbərdarlıq müddətinin əvəzinə əmək stajından asılı olaraq ona birdəfəlik müavinət ödənilməklə əmək müqaviləsinə xitam verilə bilər. 19.05.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, X7 Azərbaycan Avtomobil Yolları X12 Heyyətinin 18 may 2021-ci il tarixli, 28 nömrəli sərəncamı ilə onun təhkim olunduğu ** JZ *** dövlət nömrə nişanlı TATRA 815 markalı avtomaşın İmişli "xxxx" MMC-nin balansına verilməsi ilə əlaqədar onun ştatı ixtisara düşmüşdür. Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən xəbərdarlıq müddətinin əvəzinə əmək stajından asılı olaraq ona birdəfəlik müavinət ödənilməklə əmək müqaviləsinə xitam verilə bilər. 22 iyul 2021-ci il tarixli məruzədən görünür ki, X9, X10 və digər 10 sürücü dəfələrlə onlara edilmiş rəsmi xəbərdarlıqlara baxmayaraq müəssisəyə gəlib tutduğu vəzifədən azad olunmaları barədə ərizə yazmaqdan bu günə qədər imtina etmişdilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə uyğun olaraq onlara verilmiş 2 ay rəsmi xəbərdarlıq müddəti 19.07.2021-ci il tarixdə bitmişdir. 23 iyul 2021-ci il tarixli, 99 nömrəli əmrdən görünür ki, X10 ilə son haqq-hesab aparılarkən işlədiyi müddətdə istifadə edilməmiş 58 gün əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4cü bəndinə əsasən X6 aylıq əmək haqqının 2 misli miqdarında müavinətin verilməsinin təmin olunması qərara alınmışdır. 23 iyul 2021-ci il tarixli, 95 nömrəli əmrdən görünür ki, X9 ilə son haqq-hesab aparılarkən işlədiyi müddətdə istifadə edilməmiş 67 gün əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4cü bəndinə əsasən X7 aylıq əmək haqqının 2 misli miqdarında müavinətin verilməsinin təmin olunması qərara alınmışdır. 23.07.2021-ci il tarixli, 138 nömrəli bildirişdən görünür ki, X4 əmək müqaviləsinə Azərbaycan X16 Agentliyinin "xxxx" MMC-nin direktoru Elşən Cəfərovun 23.07.2021-ci il tarixli, 99 nömrəli əmri ilə xitam verilmişdir. 23.07.2021-ci il tarixli, 134 nömrəli bildirişdən görünür ki, X5 əmək müqaviləsinə Azərbaycan X16 Agentliyinin "xxxx" MMC-nin direktoru Elşən Cəfərovun 23.07.2021-ci il tarixli, 95 nömrəli əmri ilə xitam verilmişdir. Məhkəmə, tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" MMC-nin direktoru X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 30 mart 2022-ci il tarixli, **********6/22 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Əmək Məcəlləsinin 77-ci maddənin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Avtomobil Yolları X12 heyətinin sədri Saleh Məmmədovun 18.05.2021-ci il tarixli 32,34,31,30,29,28,27,26,25,24,23,22,21,35 sərəncamlarına uyğun olaraq, "xxxx" MMC-in balansından Zəfər Yolunun tikintisində iştirak edən Azərbaycan X16 Agentliyinin digər müəssisələrin balanslarına 49 ədəd TATRA-815 markalı avtomobillər əvəzsiz olaraq verilmişdir. Sərəncamla avtomobillərlə bir yerdə sürücülərin də ştat vahidləri "xxxx" MMCdən alınaraq həmin müəssisələrin balansına verilmişdir. 18.05.2021-ci il tarixdə sərəncamda göstərilən bütün avtomobillər müəssisəyə yığılmış və sürücülər sərəncamla tanış olmuşlar. X9 və X10 ilə birlikdə digər 10 sürücülər avtomobilləri təhvil versələr də, sərəncamla razılaşmamış və yeni iş yerlərinə qətiyyən getməyəcəklərini bildirmişlər. "xxxx" MMC-in səlahiyyətli şəxsləri tərəfindən onlara vakant sürücü yerinin olmadığı, yeni iş yerlərindən imtina edəcəkləri təqdirdə 19.05.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinin tətbiq olunması barədə qeyd edilən işçilər xəbərdar olunmuşlar. Bu barədə onlar Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq rəsmi xəbərdarlıq olunmuşlar. Eyni zamanda işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqavilələrinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq əmək qanunvericiliyi ilə müəyyən olunmuş müddətlərdə rəsmi xəbərdar olunması iş materiallarına əlavə olunmuş sənədlərlə tam zübuta yetirilir. Beləliklə, X20 oğlunun İXM-in 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmamışdır, ona görə də məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 30 mart 2022-ci il tarixli, **********6/22 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.1, 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 30 mart 2022-ci il tarixli, **********6/22 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-1124/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1124/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver