Məhkəmə qərarları › İş №3(001)-1125/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1125/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1125/2021 01.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X7 iclas katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin sahə rəisi, polis mayoru Araz Nəsibovun xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin sahə rəisi, polis mayoru Araz Nəsibovun xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə sinif yoldaşı Pərvin ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu 7–ci mikrorayon ərazisində yerləşən parkda olarkən mülki geyimdə olan, sonradan özünü polis əməkdaşı kimi təqdim edən şəxs tərəfindən barəsində qeyri-qanuni olaraq Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə protokol tərtib edilmişdir.O, protokol tərtib edən şəxsə bildirmişdir ki, o maska ilə olmağına baxmayaraq onun barəsində qeyri-qanuni protokol tərtib edilmişdir.O,protokolla razı olmadığını və protokolun rəis tərəfindən işə baxılarkən ləğv ediləcəyini bildirmişdir.Həmin polis əməkdaşları tez tələsik ona hüquqlarını izah etmədən protokolu tərtib edərək ona imza etməyini təklif etmişdirlər.Lakin onun protokola qeyd etməyinə lazımi şərait yaratmadan “tez yaz” deyə yalnız protokolda “razı deyiləm” yazmağına şərait yaratmışdırlar. Şikayətçi göstərmişdir ki, yuxarıda göstərilən xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı protokolun surəti ona həmin gün çatmasına baxmayaraq xx xxxxxx 2021-ci il tarixdə həmin protokol əsasında 100 manat məbləğində cərimə olunması barədə qərar qəbul edilməsi və həmin qərarın da surətini almamasına baxmayaraq həmin tarixdə icra qərarının qüvvəyə minməsi barədə SMS almışdır. X4 yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin sahə rəisi, polis mayoru Araz Nəsibov tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətin təmin olunmasını və həmin qərarın ləvğ edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X3 şikayətdə göstərilənləri nəzərə alaraq Bakı şəhəri Binəqədə Rayon Polis İdarəsinin 5-ci PB-nin sahə rəisi, polis mayoru Araz Nəsibov tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədə Rayon Polis İdarəsi 5-ci PB-si inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Bakı şəhəri Binəqədə Rayon Polis İdarəsi 5-ci PB-nin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədə Rayon Polis İdarəsinin 5-ci PB-nin sahə rəisi, polis mayoru Araz Nəsibov tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən məlum olur ki, X8 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədə Rayon Polis İdarəsinin 5-ci PB-nin sahə rəisi, polis mayoru Araz Nəsibov tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən məlum olur ki, X8 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur.Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabr ayının 19-da qəbul etdiyi yeni qaydalara əsasən həmin tarixdən Azərbaycan Respublikasında açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi müəyyən olunmuşdur.Həmin qaydalara əsasən məlum olur ki, tibbi maskadan düzgün istifadə edilməməsi də (məsələn: üz nahiyyəsinin, yəni-ağız və burun nahiyyəsinin natamam örtülməsi, maskanın aşağı çəkilməsi, çənədə saxlanılması və sair) İXM-nin 211.2ci maddəsinin tərkibini yaradır.Şikayətçinin özünün də məhkədə verdiyi izahatdan da aydın olur ki, X8xx xxxxxx 2021-ci il tarixdə sinif yoldaşı Pərvin ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu 7–ci mikrorayon ərazisində yerləşən parkda olarkən maskanı bir qədər aşağı salmış, yəni düzgün istifadə etməmişdir.Belə olan halda, inzibati xəta haqqında qərarın düzgün olmadığı qənaətinə gəlmək mümkün deyildir.Buna görə də, məhkəmə hesab edir ki, X2 Bakı şəhəri Binəqədə Rayon Polis İdarəsinin 5-ci PB-nin sahə rəisi, polis mayoru Araz Nəsibovun xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhəri Binəqədə Rayon Polis İdarəsinin 5-ci PB-nin sahə rəisi, polis mayoru Araz Nəsibovun xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar