Məhkəmə qərarları › İş №3(001)-1133/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1133/2021

18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1133/2021 18.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Nəqliyyatda Baş Polis İdarəsi Dəmir yolu nəqliyyatında polis idarəsi Biləcəri ST. Xətt Polis şöbəsinin İctimai Təhlükəsizlik qrupunun baş inspektoru, polis kapitanı X3, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsi, ev 4, mənzil 17 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Nəqliyyatda Baş Polis İdarəsi Dəmir yolu nəqliyyatında polis idarəsi Biləcəri ST. Xətt Polis şöbəsinin X2n daxil olmuş inzibati xəta haqqında materiala, Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs narkotik vasitədən istifadə etdiyinə görə onun barəsində Azərbaycan Respublikası Nəqliyyatda Baş Polis İdarəsi Dəmir yolu nəqliyyatında polis idarəsi Biləcəri ST. Xətt Polis şöbəsinin İctimai Təhlükəsizlik qrupunun baş inspektoru, polis kapitanı X5 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə, MN №0113311 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs narkotik vasitədən istifadə etdiyi aşkar olunmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Nəqliyyatda Baş Polis İdarəsi Dəmir yolu nəqliyyatında polis idarəsi Biləcəri ST. Xətt Polis şöbəsinin İctimai Təhlükəsizlik qrupunun baş inspektoru, polis kapitanı X5 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə Biləcəri st. XPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etmə və saxlanmasında şübhəli olduğu üçün saxlanılaraq Biləcəri st. XPŞ-nə gətirilmiş və orada üstünə şəxsi axtarış keçirilən zaman ondan bir ədəd tünd albalı rəngli siqaret kağızına bükülmüş bükümün içində birində qəhvəyimtil rəngli, toz şəkilli, digərində isə ağ rəng kristal şəkilli olmaqla, iki ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlərdə narkotik vasitələrə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və barəsində xx xxxxxx 2021-ci il tarixdə, MN №0113311 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədən Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Biləcəri st. XPŞ-nin X2 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə qərarın surəti Biləcəri st. XPŞ-nə göndərilmişdir. İş materiallarında olan Şəxs Biləcəri ST. Xətt Polis şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı Nəcəf Zeynalova yazdığı izahatından görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Ploşad” deyilən yerin yaxınlığında yerləşən “Biləcəri” istirahət mərkəzinin qarşısında “Roman” kimi tanıdığı şəxsdən öz şəxsi istehlakı üçün narkotik vasitə aldığını təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Şəxs xx.xx.2021-xx.xx.2021-ci il tarixdə Narkoloji Mərkəzdə stasionar müalicədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin Ambulator X1 xx xxxxxx 2021-ci il tarixli, 173 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamin sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 6/237 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şəxs aşkar edilmiş maddi sübut” sözləri qeyd olunan zərfdəki təmiz çəkisi 0,035 qr olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla narkotik vasitə heroindir və təmiz çəkisi 0,028 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin xx xxxx 2005-ci tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in və metamfetamin – “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. İş materiallarında olan edilmiş xx xxxxxx 2021-ci il tarixdə, MN №0113311 saylı inzibati xəta haqqında protokoldan məlum olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, Şəxs qanunsuz olaraq narkotik vasitələrin istehlakında ifadə olunan əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixdə Narkoloji Mərkəzdə stasionar müalicədə olunduğu üçün barəsində narkomanoyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Hesab edirəm ki, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyəti, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək imkanlarının tükənmədiyini nəzərə alaraq Şəxs tənbehin, inzibati cərimə növündə təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar