Məhkəmə qərarları › İş №3(001)-1141/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1141/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1141/2023 19.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X9 katibliyi, Bakı şəhər BPİ-nin X10 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru, polis baş serjantı X2, şikayət vermiş şəxs X3 iştirakları ilə, X3 xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində saat 12:04 radələrində Bakı şəhəri, Əcəmi Naxçivani küçəsi ilə ona məxsus “Lexus ES300” hibrid markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən onu Bakı şəhər DYPİ-nin Yol Patrul Xidmətinin inspektoru saxlayaraq İXM 327.2-ci maddəsi ilə xəta törətdiyini bildirmişdir. YPX inspektoru ona Əcəmi Naxçıvani küçəsində yol ayrıcı keçmə qaydalarını pozduğunu, guya qarşıdan gələn nəqliyyat vasitələrinin keçidinə imkan vermədiyini, qayda pzoduğunu ona bildirdilər. O, isə hərəkətində heç bir qanun pozuntusunun olmadığını, hərəkəti ilə heç bir inzibati xəta hadisəsi törətmədiyini bildirsə də, əsassız olaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə inzibati xəta haqqında protokol tərtib etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində qeyd edilir ki, yolayrıcını keçmə qaydalrınm pozulmasına görə inzibati məsuliyyət yaranır. YPX inspektoru ona israrla qayda pozduğunu bildirsə də, o, svetaforun onun üçün hərəkətə icazə verən “Yaşıl” işığı yandığını və bu səbəbdən də yol ayrıcına daxil olduğunu heç bir qayda pozuntusu etmədiyini bildirsə də, Yol Patrul Xidmətinin əməkdaşı buna məhəl qoymayaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati xətalar Məcələssinin 327.2-ci maddəsinə əsasən yolayrıcını keçmə qaydalarını guya pozduğuna görə inzibati tənbehvermə haqqında protokol tərtib etmişdir. Barəsində tərtib edilmiş xx.xx.2023-cü il, İXP ******* saylı elektron protokola əsasən isə xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə qərar tərtib olunmuşdur ki, bu qərarla razı deyil. Hesab edir ki, onun yolayrıcını keçməyi YHQ-da qadağan edilmiş şəkildə olmamışdır, ona görə də barəsində Bakı Şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun çıxış edərək, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanan inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin X10 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 məhkəməyə videogörüntünü təqdim edərək bildirmişdir ki, həmin videogörüntüdən də göründüyü kimi, X5 tərəfindən yolayrıcını keçmə qaydaları pozulmuşdur, bu səbəbdən onun barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir, göstərilənlərə əsasən X5 tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin şifahi sorğusu əsasında təqdim edilmiş videogörüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, X5 “Lexus ES300” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsinə yol ayrıcına daxil olur. İşıqforun qadağanedici nişanı yanan zaman “Lexus ES300” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobil yol ayrıcında dayanaraq “Toyota Camry” minik markalı avtomobilin qarşısını bağlayaraq, onun sərbəst hərəkətinə mane olur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X3 barasində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. Lakin, məhkəmə iclasında videogörüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, X5 onun qarşısında yolayrıcına daxil olan “Opel” markalı avtomobildən sonra “Lexus ES300” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsinə, yolayrıcına daxil olur, ondan sonra “Toyota Prius” markalı avtomobil yolayrıcına daxil olur, daha bir “Toyota Prius” markalı avtomobil “Lexus ES300” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfi ilə hərəkət edərək yolayrıcına daxil olur,daha sonra “Lexus ES300” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfi ilə avtomobil hərəkət edir, sol tərəfi ilə ondan sonra daha bir “Tayota Prius” markalı avtomobil yolayrıcına daxil olub onun qarşısında dayanır. İşıqforun siqnalı dəyişdikdən sonra Cəfər Xəndan küçəsi ilə hərəkət başlayan zaman onun qarşısında dayanmış “Opel” markalı avtomobilin hərəkət etməməsi səbəbindən “Lexus ES300” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobil bir neçə saniyə ərzində hərəkət edə bilmir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 11-ci bəndinə əsasən yolayrıcı — yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Həmin qanunun 1-ci maddəsinin 12-ci bəndinə əsasən nizamlanan yolayrıcı — hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır. Həmin qanunun 1-ci maddəsinin 13-cü bəndinə əsasən nizamlanmayan yolayrıcı — nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75.2-ci maddəsinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. X5 barəsində İXM-in 327.2-ci maddəsi ilə inzibati tənbehvermə haqqında qərarın qəbul edilməsinin əsası kimi onun svetaforun yaşıl işığının yanmasına baxmayaraq yolayrıcında tıxac olduğu zaman yolayrıcına daxil olması və yolun hərəkət hissəsini bağlaması olmuşdur. Tıxac dedikdə çoxlu sayda nəqliyyat vasitələrinin hərəkətinin uzun müddət dayanması başa düşülür. Lakin, məhkəmə iclasında tədqiq edilən videogörüntüdən də göründüyü kimi, “Lexus ES300” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobil yolayrıcına daxil olan zaman orada tıxac olmamış, sadəcə avtomobillərin hərəkət istiqamətinə uyğun olaraq yolayrıcında cəmi 5(beş) ədəd avtomobil olmuş, eyni zamanda “Lexus ES300” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobil yolayrıcında dayansa da digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaratmamışdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X5 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar