Məhkəmə qərarları › İş №3(001)-1147/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1147/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1147/2021 22.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, X1 barəsində qəbul olunmuş inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qətnamə çıxarılmasına dair şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X1 barəsində qəbul olunmuş inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, iddiaçı X3 məhkəməyə təqdim etdiyi ərizədə özünü şikayətçi kimi yox iddiaçı, DİN Baş Dövlət X6 və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X6 isə şikayət verilən orqan kimi yox, cavabdeh qismində göstərdiyindən, eyni zamanda barəsində qəbul olunmuş inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılması əvəzinə qətnamə çıxarılmasını xahiş etdiyindən şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Hesab edirəm ki, nöqsanlar aradan qaldırılmadan şikayət ərizəsinə baxılması mahiyyəti üzrə mümkün deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 109 və 114-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 barəsində qəbul olunmuş inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar