Məhkəmə qərarları › İş №3(001)-1147/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1147/2022

27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1147/2022 27.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi Bayramov Tural Ural oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 482.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 00100-0440/22 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Bakı Baş Gömrük idarəsinin “İpək Yolu” gömrük postundan daxil olan 34/024/004300 saylı 28.02.2022-ci il tarixli raporta əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasının “X4 Co LTD” şirkətindən 66B62710/66B62810 nömrə nişanlı yük avtomaşını ilə gətirilən, 08.12.2021-ci il tarixli RA20211208 nömrəli invoys sənədi ilə müşayiət edilən və Bakı Baş Gömrük idarəsində **********1811 sorğu nömrəli 23.02.2022ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara 22.01.2022-ci il tarixdə “ipək Yolu” gömrük postunda Şəxs-nin səlahiyyətli nümayəndəsinin və 2 nəfər hal şahidinin iştirakları ilə gömrük yoxlaması həyata keçirilmişdir.Yoxlama zamanı, **********1811 sorğu nömrəli 23.02.2022-ci il tarixli gömrük bəyannaməsində və 08.12.2021-ci il tarixli RA20211208 saylı invoysun 4-cü mövqeyində 30 ədəd model F121 ofis kreslosu göstərilən yükün faktiki olaraq 60 ədəd B16 model ofis kreslosu olduğu aşkar edilmişdir. inzibati xətanın bilavasitə obyekti olan 60 ədəd B16 model “Fırlanan və hündürlüyü tənzimlənən qurğuları olan oturacaq mebellər: ofis kresloları" yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400- 013/006-24/001348 nömrəli 03.03.2022-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 05.04.2022-ci il tarixdə Bakı Baş Gömrük idarəsinə daxil olmuş 9/1540 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş, B16 model kresloların 1 ədədinin 23.02.2022-ci il tarixə olan orta bazar qiymətinin 150 manat, 60 ədədinin orta bazar qiymətinin isə 9000 (doqquz min) manat olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 00100-0440/22 saylı inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır, belə ki, kresloların sifariş verildiyi Çin şirkəti tərəfindən verilmiş 11 aprel 2022-ci il tarixli məktubla da təsdiq olunur ki, sifariş olunan mallar yüklənərkən səhvə yol verilmişdir, bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4cü maddəsinə əsasən İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMCnin direktoru X2 dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə kİ, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 05.04.2022-ci il tarixli, 00100-0440/22 saylı inzibati xəta haqqında protokoldan görünür ki, **********1811 sorğu nömrəli 23.02.2022-ci il tarixli gömrük bəyannaməsində və 08.12.2021-ci il tarixli RA20211208 saylı invoysun 4-cü mövqeyində 30 ədəd model F121 ofis kreslosu göstərilən yükün faktiki olaraq 60 ədəd B16 model ofis kreslosu olduğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 26.02.2022-ci il tarixli raportdan görünür ki, **********1811 sorğu nömrəli 23.02.2022-ci il tarixli gömrük bəyannaməsində və 08.12.2021-ci il tarixli RA20211208 saylı invoysun 4-cü mövqeyində 30 ədəd model F121 ofis kreslosu göstərilən yükün faktiki olaraq 60 ədəd B16 model ofis kreslosu olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, **********1811 sorğu nömrəli 23.02.2022-ci il tarixli gömrük bəyannaməsində və 08.12.2021-ci il tarixli RA20211208 saylı invoysun 4-cü mövqeyində 30 ədəd model F121 ofis kreslosu göstərilən yükün faktiki olaraq 60 ədəd B16 model ofis kreslosu olduğu aşkar edilmişdir. Bununla da Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 482.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir.Həmçinin, məhkəmə hesab edir ki, kresloların sifariş verildiyi Çin şirkəti tərəfindən göndərilmiş 11 aprel 2022-ci il tarixli cavab məktubunda sifariş olunan mallar yüklənərkən səhvə yol verilməsi inzibati iş üzrə icraata xitam verilməsi üçün əsas deyildir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (30 ədəd X 150 manat ) 30 faizi miqdarında, yəni 1 350 (min üç yüz əlli) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar