Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1150/2024 16.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, Məhkəmə iclas katibi Novruzova Cəmilə Davud qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYPŞ tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-ci il saat 20:43 radələrində MİTSUBİSHİ PAJERO MİNİK markalı 99KP862 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Nadirova Türkan tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.6-cı maddələri ilə Yol-nəqliyat hadisəsi baş vermişdir.Bununla bağlı Daxili İşlər Nazirliyinin qaynar xətti 102-ə məlumat verilmişdir və ərazi üzrə Polis əməkdaşları gələrək onun xx.xx.2024-ci il saat 10 radələrində idarəyə gəlməsini bildirmişdilər.Nadirova Türkan xx.xx.2024-ci il saat 23;00 radələrində Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzində tipp yoxlanışdan keçmişdir.Buna baxmayaraq Binəqədi rayon DYPŞ-nin X4 ona İXM-nin 327.2-ci və 327.6-ci maddələrini rəhbər tutaraq hadisə yerindən yayınmağını bildirmiş və qərar qəbul etmişdir. Nadirova Türkan hadisə yeridən getmədiyini və orda olan görüntünü tələb etsə də görüntünü verməmiş və ona qarşı qərəzli qərar qəbul edilmişdir. X11 rayon DYPŞ-nin əməkdaşına bildirmişdir ki, o sərxoşluqla bağlı tibbi müayinədən keçmişdir. Nece hadisə yerini tərk edə bilərəm desə də qərarı eyni qalmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Buna görə də, məhkəmədən barəsində olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 onun şikayətinin təmin edilməsini və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Lakin bunun da bir həddi-hüdudu olduğunu bildirmişdir. O,hadisə baş verməsini və qarşı tərəfin nəqliyyat vasitəsinə ziyan dəydiyini bildirmişdir. “102” xidməti-zəng mərkəzi sisteminə yol-nəqliyyat hadisəsinin baş verməsinə dair zəng gəlmişdir və xanım hadisə yerini tərk etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, yolun solu ilə hərəkət etmişdir. Sağ tərəfdə Murad adlı qohumu əyləşmişdir. O, arxaya döndüyü zaman Nadirova Türkan onu gözləməyərək qarşısına çıxmışdır. Maşından düşərək ona “nə edirsiz” söyləmişdir. Yol polisi gələrək onları kənara çəkmiş və o, sənədlərini təqdim etmişdir. Polis əməkdaşı gedən kimi Türkan Nadirova da çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, O, hadisə günü xalası oğlunun yanında olmuşdur. Nadirova Türkan sağ tərəfdən onların qarşısına çıxmış və maşının qarşı hissəsini vurmuşdur. Bir polis əməkdaşı gəlmiş və onları kənara çəkərək,söhbət etmişdir. Onlar dayanıb bir müddət gözləmişdirlər, lakin yol polisi gedən kimi Türkan Nadirova da getmişdir. Xalası oğlu arxasınca səslənmişdir ki,getməsin.Onun niyə getdiyini bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, hadisə yerindən yayındığı üçün saat 20:53 dəqiqədə 102 xidməti-zəng mərkəzi sisteminə zəng daxil olmuşdur və o isə həmin vətəndaşla 4 dəqiqə sonra əlaqə saxlayaraq Namiq Abdullayevə yönəltmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbini məhkəməyə açıqlamamışdır. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 3(001)- 1150/2024 saylı Qərardadından görünür ki, xx.xx.2024-cü il tarixə olan Bakı şəhəri, Binəqədi rayonu,Gülüstan küçəsi ərazisində yerləşən “Art-Dent” Stomatoloji Klinikanın müşahidə kamerasından, o cümlədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdrəetmə Xidmətindən ünvan 1 ünvanında təhlükəsiz şəhər kamerasından xx.xx.2024-cü il saat 19:30 dəqiqədən 22:00 dəqiqəyədək mövcud olan video görüntülərin məhkəməyə təqdim edilməsi ilə bağlı sübutların təmini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdrəetmə Xidməti və “Art-Dent”Stomatoloji Klinikasının rəhbərliyinə həvalə edilmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdrəetmə Xidmətinin 3/3-3/25503/24 saylı məktubunda göstərilmişdir ki,arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən informasiyanın təqdim edilməsi mümkün deyil. “Art-Dent” Stomatoloji Klinikasının rəhbəri X12 tərəfindən 23 fevral 2024-cü il tarixli, 3(001)-1150/2024 saylı Qərardada elektron qaydada cavab verilərək bildirilmişdir ki, klinikada quraşdırılmış kameralar yaddaş qurğusu ilə təchiz edilmədiyindən qərarda istənilən video görüntüləri təqdim etmək mümkün deyil. Şikayətin obyektiv araşdırılması məqsədilə xx.xx.2024-cü il tarixdə ***-***-**-**, ***-***- **-** və ***-***-**-** saylı mobil nömrələrdən “102” xidməti-zəng mərkəzi sisteminə yolnəqliyyat hadisəsinin baş verməsinə dair zəng edilib-edilməməsi, hansı nömrədən zəng edilməsi və saatı ilə bağlı məlumatların məhkəməyə rəsmi qaydada təqdim edilməsi zərurəti yaranmışdır.Bununla bağlı olaraq Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə xx.xx.2024-cü il tarixdə sorğu ünvanlanmışdır. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdrəetmə Xidmətinin 3/3-3/27305/24 saylı məktubunda göstərilmişdir ki, X10 xx.xx.2024-cü il tarixdə “102” Xidmətinə yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Xətalar Məcəlləsinin 327.2-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Habelə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəməyə təqdim edilmiş diskdə olan görüntülər natamam olmuşdur. Belə ki, əgər həmin yerdə müşahidə kamerası mövcud idisə 102 xidmətinə verilən məlumatdan sonra hadisə yerinə kimlərin gəlməsi, ondan sonra inzibati xəta hadisəsi iştirakçılarının sonrakı hərəkətləri tam şəkildə görüntüdə əks olunmalı idi. Uzunmüddətli məhkəmə araşdırmasında inzibati orqan tərəfindən inzibati icraat zamanı aparılmış natamam araşdırma nəticəsində Nadirova Türkan tərəfindən izibati xəta hadisəsinin həqiqətən törədilib-törədilməməsini müəyyən etmək mümkün olmamışdır. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X8 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X5 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-1150/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1150/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver