Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1154/2021 08.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Şikayət vermiş şəxs xxxx MMC-nin nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakı ilə, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 215.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 215.4-cü maddəsi ilə tərtib edilmiş 09.02.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokola əsasən, 09 fevral 2021-ci il tarixdə keçirilmiş planlı yoxlama zamanı ünvan 1 ünvanında yerləşən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tibb müəssisəsində çalışan tibb işçilərinin sertifikasiyadan keçməmələri müəyyən edilmişdir. Nəticədə, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən nümayəndə X3 izahatında bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə dəfələrlə “xxxx” MMC tərəfindən kod almaq üçün müraciət olunmuş, lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən kod ayrılmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tibb müəssisəsində çalışan tibb işçiləri sertifikasiyadan keçmədikləri üçün 09.02.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin hazırda cəmiyyətin inzibati tənbeh olunmasına dair müddət keçmişdir. Ona görə də, məhkəmədən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə “xxxx” MMC-nin nümayəndəsinin çıxışını və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, “xxxx” MMC-nin barəsində tərtib olunmuş protokol əsaslıdır. Belə ki iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 25.01.2021-ci il tarixli, 45 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında planlı yoxlama aparılması qərara alınmışdır. 09.02.2021-ci il tarixli, 29 nömrəli planlı aktdan görünür ki, keçirilmiş planlı yoxlama nəticəsində ünvan 1 ünvanında yerləşən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tibb müəssisəsində çalışan tibb işçilərinin sertifikasiyadan keçməmələri müəyyən edilmişdir 09.02.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tibb müəssisəsində çalışan tibb işçilərinin sertifikasiyadan keçməmişlər Nəticədə, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Həmçinin həmin protokolun izahat hissəsində «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 Nazirliyinə dəfələrlə müraciət etsə də, müvafiq kod ala bilmədiyini və protokolla razı olmadığını bildirmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-1154/2021 saylı 04.03.2021-ci il tarixli qərarından məlum olur ki, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 6000 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-924/2021 saylı 23.04.2021-ci il tarixli qərarından məlum olur ki, xxxx MMC-nin şikayəti qismən təmin edilərək, Binəqədi rayon Məhkəməsinin 3(001)-1154/2021 saylı 04.03.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin qərarından məlum olur ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən “xxxx” MMC-nin və Səhiyyə Nazirliyinin nümayəndələrinin iştiraklarının təmin edilməsi üçün əlavə tədbirlər görülməmiş, nümayəndələrin iştirakı olmadan baxılmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı bəndinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Həmin Qanunun 59-cu bəndinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. İXM-in 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan iş materialları ilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tibb müəssisəsində çalışan tibb işçilərinin sertifikasiyadan keçmədən fəaliyyətə buraxılması öz təsdiqini tapmış və Cəmiyyətin İXM-in 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. İXM-in 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-in 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53, 105, 114 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-1154/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1154/2021
08.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver