Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1165/2020 09.06.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Məmmədov Vüqar Nemət oğlu, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayətçi X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Dövlət X14 polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şikayətçi X5 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X14 polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 şikayətini onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 10 radələrində mülkiyyətində olan “Hyundai Elantra” markalı, **-SA-*** d.q.n. avtomobildə “Azneft” dairəsində hərəkətdə olarkən Bakı şəhəri DYPİ-nin inspektoru polis baş serjantı X6 özünü təqdim etmədən və saxlanılma səbəbini izah etmədən şəxsiyyət vəsiqəsini tələb edib İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211 -ci maddəsi ilə ona İXP ******* saylı protokol tərtib etmişdir. Bakı şəhəri DYPİ-nə və Daxili İşlər Nazirliyinə göndərdiyi şikayətlərdə və elektron müraciətdə protokolun nəyə görə qanunsuz olmasını (müvafiq sübutlar əlavə etməklə) qanunvericiliyə istinad edib əsaslandırmамышдыр. X13 Nazirinə elektron şikayəti 001- 19010D-4120 nömrəsi ilə qeydiyyata alınıb araşdırılması üçün aidiyyəti üzrə Bakı şəhəri DYPİ-nə göndərilmişdir. Bakı şəhəri DYPİ-nə daxil olmuş şikayət və müraciətlə bağlı xx xxxxx 2020-ci il tarixdə onunla telefon əlaqəsi yaradan həmin idarənin əməkdaşı - polis kapitanı X2 (055 555-55-60) hələ heç bir araşdırma olmadığı halda İXM-nin 211-ci maddəsi ilə qayda pozmağını təkidlə deyərək, şikayətinin əsassız, heç bir əhəmiyyəti olmadığını və hər bir halda barəsində cərimə qərarı qəbul ediləcəyini bildirmişdir. E.Dadaşzadə öz növbəsində protokol tərtib edilən gün “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarının 2-ci bəndinə (müəyyən edilsin ki, insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi vardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.) uyğun tibbi zərurətlə bağlı yaşayış yerini tərk etdiyini, bu qərarda “vətəndaşların yaşayış yerinin tərk edilməsi qadağandır” cümləsinin mövcud olmadığını və bu səbəbdən həmin gün İXM-nin 211 -ci maddəsi ilə protokolun qanunsuz yazıldığını bildirib xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati protokolun ləğv edilməsini, əks halda məhkəməyə şikayətin verilməsi üçün cərimə qərarının ona rəsmi təqdim edilməsini xahiş etmişdir. Bakı şəhəri DYPİ-nə və Daxili İşlər Nazirliyinə rəsmi müraciətlərindən və telefon zənglərindən sonra Qanunla və Konstitusiya ilə qorunan, lakin Bakı şəhəri DYPİ-nin əməkdaşları tərəfindən kobud şəkildə pozulan hüquqlarını məhkəmədə müdafiə etmək üçün qərar surətini xx.xx.2020-ci il tarixdə əldə etmişdir. Bundan başqa Qanunvericiliyə nəzər yetirdikdə E.Dadaşzadəyə məlum olmuşdur ki, xx xxxxx 2020-ci il tarixədək DYP əməkdaşlarının vətəndaşlara İXM-nin 211-ci maddəsi ilə inzibati xəta protokolu tərtib etmək səlahiyyətləri olmamışdır. Belə ki, Prezidentin xx.xx.2017-ci il tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında islərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nın 2.2 və 2.4 bəndlərinə xx xxxxx 2020-ci il tarixdən etibarən İXM-nin 211-ci maddəsinin DYP əməkdaşları tərəfindən tətdiq edilməsinə səlahiyyət verilməsi ilə bağlı əlavələr edilmişdir (qüvvəyə minmişdir). Belə olan halda qanunsuz protokol əsasında qəbul edilmiş qərar qanuni sayıla bilməz. Həmçinin qeyd edilmişdir ki, protokol və qərar Qanuna əsasən ciddi hesabat sənədlər olmasına baxmayaraq Bakı şəhəri DYPİ-nin səlahiyyətli əməkdaşları onları hüquqi müstəvidə müqayisəli şəkildə araşdırmayıb, biri digərinə zidd olduğunu anlamamışlar. Bu iş üzrə Bakı şəhəri DYPİ-nin protokoluna və qərarına nəzər yetirdikdə onların İXM-nin tələblərinin (İXM-nin 100-cü və 126.1 maddələri) pozulması ilə tərtib edildiyi məlum olur. Belə ki, inzibati xəta haqqında protokolda xətanın xx.xx.2020-ci il saat 9:58-də edildiyi qeyd edilsə də, qərarda xətanın saat 9:00-da aşkar edildiyi göstərilir. Həmçinin, qərarda İXM-nin 126.1-ci maddəsi də (barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci madddsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər.) səhv təsvir edilib Qanuna zidd olaraq qərardan 10 gün müddətində şikayətin verilməsi qeyd edilmişdir. Bütün göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan - Bakı şəhəri DYPİ-nin əməkdaşları Qanuna görə ciddi hesabat sənədlər sayılan protokol tərtib edib qərar qəbul çıxararkən hansı Qanuna hansı halda istinad etməsi, Qanunlarda olan dəyişikliklərdən xəbərsiz olaraq, onların nə zaman edilib, nə vaxt qüvvəyə minməsindən –məlumatsızdırlar. Belə olan halda ədalətli araşdırma aparılıb qanunsuz inzibati protokol əsasında səlahiyyətli orqan - Bakı səhəri DYPİ tərəfindən çıxarılan xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli, inzibati işə xitam verilməli, cərimə sistemdən silinməli və bu işlə bağlı Qanun pozuntularına yol vermiş Bakı şəhəri DYPİ-nin -məkdaşları - polis baş serjantı X6 və polis kаpitanı X2 barəsində xüsusi qərar çıxarılaraq tədbir görülməsi üçün Daxili işlər Nazirliyinə göndərilməlidir. Bakı şəhər Dövlət X16 inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhər Dövlət X14 nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Bakı şəhər Dövlət X14 nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X9 şikayətini müdafiə еdərək bildirmişdir ki, barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə onun heç bir günahı yoxdur və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərar əsassızdır. Göstərilənləri nəzərə alaraq barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X17 Yol patrul xidməti polis baş serjantı X6 tərəfindən xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 tərəfindən Azərbaycan Рespublikasının İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X17 Yol polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X5 Azərbaycan respublikasının İXM-nin 211ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X14 rəisi Rəşid Piriyev tərəfindən X3 ünvanlanan xx.xx.2020-ci il tarixli 046-19010D-4220 saylı məktubdan görünür ki, X1 müraciətlərinə baxılmış və araşdırma zamanı törətdiyi inzibati xətanın aşkar olunması və sənədləşməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Belə ki, koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə «Sanitariya-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinin tələblərinə riayət olunması üçün Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi elan edilmişdir. X5 xx.xx.2020-ci il tarixdə karantin rejiminə əməl etməyərək «Hyundai» markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinin Azneft dairəsində hərəkətdə olarkən yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılaraq barənizdə sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə Qanunvericiliyin tələbinə uyğun inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhər Dövlət X14 polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 128.2.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində inzibati tənbeh olunmuşdur. İnzibati xəta haqqında materialda olan sübutlarla X1 avtomobil idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı kifayət qədər mübahisə yaratması üçün əsas verir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, sələhiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, şikayətçi X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə вя йухарыда гейд олунмуш ясаслара ясасян hesab edir ki, X5 inzibati tənbeh olunmasına dair Bakı şəhər Dövlət X14 polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və İXM-in 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 inzibati tənbeh olunmasına dair Bakı şəhər Dövlət X14 polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X16 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1165/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1165/2020
09.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver