Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1166/2021 02.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin sahə rəisi, polis mayoru X1 iştirakı ilə, 04.07.1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Binəqədi rayonu, 9A mkr, M.Cəlal küçəsi, ev 35 ünvanında qeydiyyatda olmaqla yaşayan, X3 inzibati tənbeh edilməsinə dair Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsi tərəfindən qəbul edilmiş 16.02.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis bölməsi tərəfindən qəbul edilmiş 16.02.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasına və iş üzrə icraat xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 16.02.2021-ci il tarixdə, saat 23:35-də yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9A mkr., Mir Cəlal küçəsində yerləşən binanın həyətində olarkən polis əməkdaşı onun şəklini çəkib, ona yaxınlaşaraq AR İXM-nin 211.2ci maddəsinin tələblərini pozduğunu bildirərək barəsində protokol tərtib etmişdir. O, evə qalxdığı üçün maskadan istifadə etmədiyini və ictimai yerdə olmadığını bildirsə də, polis nəfəri heç bir münasibət bildirmədən protokolu yazaraq qərar qəbul edib elektron sistemə daxil ediləcəyini bildirmişdir. Bununla da müraciətinə baxılmadan qərar qəbul edilməsi onun hüquqlarını pozmaqla qanunvericiliyin tələblərinə zidd olmuşdur. Ona görə də, məhkəmədən qeyd olunanların nəzərə alınmasını və barəsində Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 16.02.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində AR İXM-nin 211.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin sonuncu məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq proses iştirakçısının iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. 17.06.2021-ci il tarixdə təyin olunmuş məhkəmə iclasında X4 şikayət ərizəsini müdafiə edib ərizədə qeyd etdiyi halları təkrarlayaraq Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 16.02.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində AR İXM-nin 211.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında bildirmişdir ki, X3 şikayətdə qeyd etdiyi dəlillər əsassızdır, X4 barəsində 16.02.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsaslı olaraq qəbul etmişdir. Belə ki, X4 xətanın baş verdiyi zaman qoruyucu tibbi maskadan istifadə etməmişdir. Deyilənlərin nəzərə alınaraq 16.02.2021-ci il tarixli, MN ******* nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 16.02.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1166/2021 saylı, 22.02.2021-ci il tarixli qərardadından görünür ki, Ş.R.Əliyevin barəsində tərtib olunan inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-864/2021 saylı 14.04.2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1166/2021 saylı, 22.02.2021-ci il tarixli qərardadı ləğv edilərək iş materialları yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 16.02.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan respublikasının İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin sahə rəisi, polis mayoru X2 tərəfindən 16.02.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər kabinetinin 19 noyabr 2020-ci il tarixli 451 saylı Qərarının: Birinci bəndinə görə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. İkinci bəndinə görə bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Belə olan halda aydın olur ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınmasına yönəlmiş açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) vətəndaş Ş.R.Əliyevin istifadə etmədiyini müəyyən etmiş səlahiyyətli şəxs sonuncunu Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 100 manat miqdarında cərimə edilməsinə dair qərar qəbul etməkdə haqlı olmuşdur. Belə ki, Ş.R.Əliyevin izahatlarından da görünür ki, o, evə qalxdığı üçün tibbi maskadan istifadə etməmişdir. İXM-nin 211.2-ci maddəsinə görə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə şikayət verən şəxs Ş.R.Əliyevə istinad edilən inzibati xətaya münasibətdə hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İXM-nin 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 inzibati tənbeh edilməsinə dair Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsi tərəfindən qəbul edilmiş 16.02.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənləri və İXM-in 128, 129, 133-136-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 inzibati tənbeh edilməsinə dair Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsi tərəfindən qəbul edilmiş 16.02.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-1166/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1166/2021
02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver