Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1168/2021 22.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu iddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandiri, tibb xidməti polkovnik-leytenantı X1 inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbeh vermə haqqında ******* nömrəli qərarından verdiyi şikayəti Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərərək, müəyyən e t d i m: İddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandiri, tibb xidməti polkovnikleytenantı X1 inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbeh vermə haqqında ******* nömrəli qərarından verdiyi şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və iş materiallarını nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında şikayət ərizəsinin formasına düzgün əməl olunmamışdır, belə ki, tərəflər yanlış olaraq mülki mübahisələrdə adlandırıldığı kimi – iddiaçı və cavabdeh adlandırılmışdır.Halbuki, inzibati xəta haqqında qərardan şikayət verən şəxs şikayətçi, qarşı tərəf isə inzibati orqan adlandırılmalıdır.Bundan başqa, şikayətin məzmunundan müraciət edən şəxsin - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə, yaxud fiziki şəxsin olduğunu müəyyən etmək mümkün olmur. Belə ki, müraciətin yuxarı hissəsində müraciət edən qismində - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə göstərilsə də, həmin müraciət fiziki şəxs qismində Zaur Hacıyev tərəfindən imzalanmış, lakin idarənin möhürü ilə təsdiq olunmamışdır.Bundan başqa, müraciət edən şəxsin ünvanı kimi – Bakı şəhəri, Binəqəd rayonu, Biləcəri qəsəbəsi 3, N nömrəli hərbi hissə göstərilsə də, həmin ünanın İdarənin, yoxsa Zaur Hacıyevin ünvanı olduğunu müəyyən etmək mümkün deyildir. Belə olan halda, hesab edirəm ki, inzibati xəta haqqında şikayət forma və məzmunca düzgün tərtib olunmamış və həmçinin ərazi aidiyyatı üzrə düzgün verilməmişdir. Belə ki, Azzrbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6, 128-133-cü maddələrini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandiri, tibb xidməti polkovnikleytenantı X1 inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbeh vermə haqqında ******* nömrəli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə izah edilsin ki, o, qeyd olunan qüsurları aradan qaldırdıqdan sonra ərazi aidiyyatı üzrə müvafiq məhkəməyə yenidən müraciət edə bilər. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1168/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1168/2021
22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver