Məhkəmə qərarları › İş №3(001)-1172/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1172/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1172/2021 22.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, X1 barəsində tərtib olunan inzibati xəta haqqında protokoldan verdiyi şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına X1 barəsində tərtib olunan inzibati xəta haqqında qərardan verdiyi ərizə daxil olmuşdur. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, şikayət icraata qəbul edilmədən onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XVİİ fəslində inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydaları qeyd olunmuşdur. Həmin fəsildə inzibati xəta haqqında qərardan şikayətlərə baxılması nəzərdə tutulmamışdır. X2 tərəfindən ərizə tərtib edilərkən forma və məzmun tələblərinə riayət edilməmiş, məhkəməyə şikayətlə müraciət edilməli olduğu təqdirdə ərizə ilə müraciət edilmişdir. İş materiallarına əlavə edilmiş portal çıxarışı oxunaqlı vəziyyətdə olmadığından qərarın nömrəsi və tərtib olunma tarixini müəyyən etmək mümkün deyildir. Belə olan halda məhkəmə qərarın qüvvədə olub-olmamasını müəyyən edə bilmir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edildikdə, protokol və digər materiallar natamam olduqda işə baxarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, fiziki şəxs onun barəsində tərtib olunan inzibati xəta haqqında qərardan şikayət verə bilər. X2 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərardan şikayət yox ərizə ilə müraciçət etmiş, barəsində tərtib edilmiş hansı qərarın ləğv olunmasını dəqiq qeyd etməmişdir. Qərarın qəbul olunma tarixi və nömrəsi qeyd olunmamışdır. X2 barəsində tərtib olunan inzibati xəta haqqında protokoldan verdiyi ərizə icraata qəbul edilmədən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 barəsində tərtib olunan inzibati xəta haqqında qərardan verdiyi şikayət icraata qəbul edilmədən geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra Binqədi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar