Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1173/2021 04.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Bakı şəhər Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs «Sədərək» firmasının nümayəndəsi X1, «Safa Trans» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs nümayəndəsi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, «Safa Trans» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhər Binəqədi rayon İcra şöbəsi tərəfindən «Safa Trans» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2021-cu il tarixli, MN ******* nömrəli protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhər Binəqədi rayon İcra şöbəsinin icra məmuru X5 bildirmişdir ki, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81)- 82/2019 nömrəli icra sənədinə əsasən borclu «Safa Trans» Məhdud Məsuliyyətli Cəmiyyətindən 14550 manat pulun və ödənilmiş dövlət rüsumunun 20 manat məbləğində hissəsi tutularaq «Sədərək» firmasına ödənilməsi qət edilmişdir. «Safa Trans» Məhdud Məsuliyyətli Cəmiyyəti icra vərəqəsi üzrə borcdan inkasso sərəncamı ilə 1103 ödəmiş və hazırda cəmiyyətin 13467 manat borcu qalmışdır. Məcburi icra tədbirləri nəticəsində «Safa Trans» Məhdud Məsuliyyətli Cəmiyyətin mülkiyyətində avtomobillər olması müəyyən edilmiş və həmin avtomobillərin üzərinə həbsin qoyulması ilə bağlı məhkəməyə təqdimat verilmişdir. Lakin Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimat sözügedən avtomobillərin ipoteka ilə yüklü olması səbəbindən təmin edilməmişdir. Dəfələrlə «Safa Trans» Məhdud Məsuliyyətli Cəmiyyətindən icra sənədinin icra edilməsi tələb edilməsinə baxmayaraq, cəmiyyət tərəfindən müxtəlif bəhanələr gətirilmiş və borcun qalan hissəsinin hissə-hissə ödəniləcəyi barədə yalandan vədlər verilmişdir. Lakin hazırkı vaxtadək isə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81)-82/2019 nömrəli icra sənədi tam icra edilməmişdir. Ona görə də, məhkəmədən «Safa Trans» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «Safa Trans» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs nümayəndəsi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X6 bildirmişdir ki, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81)-82/2019 nömrəli icra sənədinə əsasən Şəxs rəhbəri olduğu «Safa Trans» Məhdud Məsuliyyətli Cəmiyyətindən 14550 manat pulun və ödənilmiş dövlət rüsumunun 20 manat məbləğində hissəsi tutularaq «Sədərək» firmasına ödənilməsi qət edilmişdir. Bakı şəhər Binəqədi rayon İcra şöbəsi tərəfindən barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır və qərəzli olaraq tərtib olunmuşdur. Belə ki, onlar icra sənədi əsasında olan borcu ödəməkdən yayınmamışlar və cəmiyyətin xəzinəsinə daxil olan vəsaitdən 1103 manat «Sədərək» firmasına ödənilmişdir. Bundan başqa Cəmiyyətin balansında altmış ədəd nəqliyyat vasitəsi mövcuddur və tələbin bu nəqliyyat vasitəsindən bir ədədinə yönəldilməsi borcun tam ödənilməsi üçün kifayət edir. Həmçinin hüquqlarını müdafiə etdiyi şəxsin icra vərəqəsinin icrasından yayınmaq kimi fikridə yoxdur. Hazırda cəmiyyətin hesabında pul vəsaiti olmadığından borcu qaytarmaq mümükün olmamışdır. Hesaba pul vəsaiti daxil olan kimi, könüllü surətdə icra vərəqəsinin icrası təmin olunacaqdır. Ona görə də, məhkəmədən Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs «Sədərək» firmasının nümayəndəsi X4 bildirmişdir ki, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81)- 82/2019 nömrəli icra sənədinə əsasən «Safa Trans» Məhdud Məsuliyyətli Cəmiyyətindən 14550 manat pulun və ödənilmiş dövlət rüsumunun 20 manat məbləğində hissəsi tutularaq «Sədərək» firmasına ödənilməsi qət edilmişdir. Belə ki, «Safa Trans» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs borcu ödəməkdən qərəzli olaraq yayınır. Özü «Safa Trans» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə dəfərlərlə danışıqlar aparmış, lakin heç bir nəticə verməmişdir. Ona görə də, məhkəmədən «Safa Trans» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81)-82/2019 nömrəli icra sənədinə əsasən borclu «Safa Trans» Məhdud Məsuliyyətli Cəmiyyətindən 14550 manat pulun və ödənilmiş dövlət rüsumunun 20 manat məbləğində hissəsi tutularaq «Sədərək» firmasına ödənilməsi qət edilmişdir. xx.xx.2029-cu il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, «Safa Trans» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan icra işi üzrə icraata başlanılmış və cəmiyyətə tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2019-cu il tarixli inkasso sərəncamından görünür ki, «Safa Trans» Məhdud Məsuliyyətli Cəmiyyətinin hesablarına inkasso sərəncamı qoyulmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(001)-632/2020 nömrəli qərardadından görünür ki, icra məmurunun təqdimatı «Safa Trans» Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan nəqliyyat vasitələri ipoteka ilə yüklü olduğu üçün təmin edilməmişdir. xx.xx.2021-ci il tarixli sorğuya cavabdan görünür ki, «Safa Trans» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxsdur. xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81)- 82/2019 nömrəli icra sənədi üzrə icra vərəqəsini icra etmədiyinə görə barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, icra məmurunun izahatlarını, zərərçəkmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, «Safa Trans» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, «Safa Trans» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, «Safa Trans» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: «Safa Trans» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs Bakı şəhər Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-1173/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1173/2021
04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver