Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1173/2023 05.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 499.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 499.2ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00100-00649/23 nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına 743AYN/882YHX nömrə nişanlı yük avtomobilində daxil olmuş mallar **********5968 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2016-cı il tarixədək, həmçinin AX4829BO/AX3347XP nömrə nişanlı yük avtomobilində daxil olmuş mallar **********5962 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2016-cı il tarixədək 1 (bir) il müddətində müvəqqəti ixdal xüsusi gömrük proseduru əsasında yerləşdirilmiş, lakin müvəqqəti idxal müddətinin xx.xx.2016-cı il tarixdə bitməsinə baxmayaraq **********5962, **********5968 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş malların müvəqqəti idxal müddəti bitməmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət etməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 499.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Həmçinin, məhkəmədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin məhkəmədə işə baxılarkən müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar vardır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına 743AYN/882YHX nömrə nişanlı yük avtomobilində daxil olmuş mallar **********5968 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2016-cı il tarixədək, həmçinin AX4829BO/AX3347XP nömrə nişanlı yük avtomobilində daxil olmuş mallar **********5962 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2016-cı il tarixədək 1 (bir) il müddətində müvəqqəti ixdal xüsusi gömrük proseduru əsasında yerləşdirilmişdir. Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan **********5962, **********5968 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixinin xx.xx.2016-cı il tarixi olaraq müəyyən edilmişdir. Lakin müvəqqəti idxal müddətinin xx.xx.2016-cı il tarixdə bitməsinə baxmayaraq **********5962, **********5968 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş malların müvəqqəti idxal müddəti bitməmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Göründüyü kimi, müvəqqəti idxal müddətinin xx.xx.2016-cı il tarixdə bitməsinə baxmayaraq **********5962, **********5968 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş malların müvəqqəti idxal müddəti bitməzdən əvvəl "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət olunmamışdır. Bununla da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri tam sübuta yetir və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inzibati xətanın törədilmə müddəti xx.xx.2016-cı il tarix olaraq müəyyən edilir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 499.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 17 mart 2023-cü il tarixdə məhkəməyə tədim edilir. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-in 499-cu maddəsi həmin Məcəllənin “Gömrük qaydaları əleyhinə olan inzibati xətalar” fəslinə aiddir və həmin fəsil üzrə müəyyən edilmiş inzibati xətalar üzrə təyin ediləcək inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Belə olan halda aydın olur ki, inzibati xətanın törədildiyi gündən, yəni xx.xx.2016-cı il tarixdən bir ildən artıq müddət keçmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00100-00649/23 nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xətanın törədildiyi gündən bir ildən artıq müddət, yəni inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2ci maddəsi ilə inzibati təhbeh tətbiq edilməməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati təhbeh tətbiq edilməsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-1173/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1173/2023
05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver