Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1173/2024 04.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsi X7 idarəsinin nümayəndəsi X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18425273 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18425273 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, özünə məxsus olan **-AC-*** dövlət qeydiyyat nişanlı, “Khazar LX” markalı avtomobili idarə edərkən 3-cü mikrorayon dairəsinə yaxın ərazidə avtobus zolağına daxil olmuş, ona TŞ kameraları vasitəsilə qərarsız cərimə yazılmış, 4-cü gün ona 300 manat cərimə yazılmışdır. Onun sürücülük hüququna əvvəl 6 ay məhdudiyyət qoyulmuşdur. O, məhkəməyə müraciət etdikdən sonra sürücülük hüququna qoyulmuş məhdudiyyət məhkəmənin qərarı ilə götürülmüşdür. Lakin buna baxmayaraq Baş X7 idarəsi tərəfindən onun sürücülük hüququna qoyulmuş məhdudiyyət götürülməmişdir. Odur ki, qeyd edilənlərə əsasən xx.xx.2023-cü il tarixli, EQ 18425273 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir Məhkəmə iclasında X4 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək, bildirmişdir ki, onun şikayəti əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, EQ 18425273 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Həmin qərardan Bakı şəhər Baş Polis idarəsi X7 idarəsi tərəfindən şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Onun tərəfindən ancaq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilsə də ona 40 manat cərimə əvəzinə 300 manat cərimə yazılmışdır. Qeyd edilən inzibati xəta törədilərkən onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Odur ki, məhkəmədən xx.xx.2023-cü il tarixli, EQ 18425273 nömrəli qərarın əsassız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsi X7 idarəsinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 idarəsi tərəfindən X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.2-ci maddələri xx.xx.2023-cü il tarixli, EQ/18425273 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X4 tərəfindən həmin qərardan məhkəməyə şikayət verilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, EQ 18425273 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. X4 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində izahat verərkən bildirmişdir ki, barəsində xx.xx.2023-cü il tarixli, EQ 18425273 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun sürücülük hüququ ilə bağlı məhdudiyyət olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından Bakı şəhər Baş Polis idarəsi X7 idarəsi tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli qərar qəbul edilərkən DYP-nin nümayəndəsinin iştirakı təmin edilməməmiş, şikayətin əsasları ətraflı araşdırılmamışdır. Odur ki, X4 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, X2 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/18425273 nömrəli inzibati tənbeh vermə haqqında qərarda texniki səhv olaraq ancaq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi qeyd edilmiş və cərimənin məbləği səhvən 300 manat olaraq göstərilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)- 4469/2023 nömrəli qərarından görünür ki, X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. xx.xx.2023-cü il tarixli, EQ 18425273 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)- 5293/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18425273 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və X2 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-187/2024 nömrəli qərarından görünür ki, Bakı şəhər Baş Polis idarəsi X7 idarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-5293/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18425273 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 idarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. X4 müraciətində və izahatında və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini, eyni zamanda barəsində aparılan icraatla razı olmadığını bildirməsinə baxmayaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini göstərmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata dair etirazının olması onun qanunvericiliyin tələblərindən irəli gələn hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Çünki inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Səlahiyyətli orqan tərəfindən isə müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması üçün şərait yaradılmadan X4 barəsində natamam araşdırma aparılmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan əlavə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 40 manat, 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 100 manat inzibati cərimə nəzərdə tutulsa da, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18425273 nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X4 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18425273 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18425273 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 idarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-1173/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1173/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver