Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1174/2021 30.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs oğlunun, Protokolu tərtib etmiş orqan Binəqədi rayon icra şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda pasport qeydiyyatında olan, ünvan 2ənzil 21 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Binəqədi rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Binəqədi rayon icra şöbəsinin icra məmuru X4 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Tərtib edilmiş inzibati protokoldan və ona əlavə edilmiş materiallardan və icra işindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4041/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclular X7, Şəxs və X2 müştərək qaydada 50 000 (əlli min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə 87 500 (səksən yeddi min beş yüz) manatdan artıq olmamaqla) tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş orqan Binəqədi rayon icra şöbəsinin icra məmuru X4 izahatında bildirdi ki, (borclu) Şəxs oğlu artıq Binəqədi Rayon Məhkəməsinin 2(001)-4041/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borcu tam ödədiyindən və bu fakt tələbkarın ərizəsinə əsasən təsdiq olunduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında çıxış edən tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X5 çıxış edərək (borclu) Şəxs oğlu artıq Binəqədi Rayon Məhkəməsinin 2(001)-4041/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borcu tam ödədiyindən və bu fakt tələbkarın ərizəsinə əsasən təsdiq olunduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs artıq Binəqədi Rayon Məhkəməsinin 2(001)-4041/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borcu tam ödədiyindən və bu fakt tələbkarın ərizəsinə əsasən təsdiq olunduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokolu tərtib edən icra məmurunu, tələbkarın nümayəndəsini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, artıq borclu icra sənədini tam icra edilyindən, bu fakt tələbkarın notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən təsdiq olunduğundan Şəxs İXM-nin 528.1-ci maddəsi ilə cəzalandırılması mümkün deyildir və Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 6376/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən məlum olur ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. Həmçinin, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2430/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən məlum olur ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş və Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-6376/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən bu nəticəyə gəlirəm ki, Şəxs Fəxrəddi oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 40, 43, 48-51, 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Hakim:Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1174/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1174/2021
30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver