Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1176/2025 13.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 15 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci ildə ünvan 1 ünvanda evin pəncərəsini sındıraraq vətəndaş X2 500 manat ziyan vurmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-yə və Şəxs bildiriş göndərilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduqlarından, işə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün olmadığından həmin materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, materiala əlavə edilmiş Binəqədi RPİ-in 43-cü PB-in təhqiqatçısı polis baş leytenantı Kənan Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X1 ərizəsi əsasında toplanmış HK-1/163 saylı material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti 43-cü PB-yə göndərilmişdir. Qərardan həmçinin görünür ki, araşdırma zamanı Şəxs izahatı alınmamış, vətəndaş X1 yaşadığı fərdi evin pəncərəsinin sındırılmasına görə 500 manat ziyan hesablansa da, buna dair sübutlar (ekspert rəyi, qiymətləndirmə aktı və sair) işə əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB tərəfindən tərtib edilmiş protokol qanunvericiliyin tələblərinə uyğun deyil, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi tədbirlər görülməmişdir, yalnız vətəndaş X1 izahatı əsasında protokol tərtib edilərək iş materialları məhkəməyə göndərilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyi halda izahatı alınmamış, zərərin məbləği mötəbər sübutlarla əsaslandırılmamışdır. Bununla da Şəxs təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmamış və qanunun sübutetmə vəzifəsinə əməl olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iş materialında mövcud natamamlıqları məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-yə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 15 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-yə geri qaytarılsın. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1176/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1176/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver