Məhkəmə qərarları › İş №3(001)-118/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-118/2023

11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-118/2023 11.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, X1, Binəqədi Rayon Polis İdarəsi Dövlət X10 inspektoru, polis baş leytenantı X4 iştirakları ilə, X2 tərəfindən Binəqədi Rayon Polis İdarəsi Dövlət X10 polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Binəqədi Rayon Polis İdarəsi Dövlət X10 polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 27 noyabr 2022-ci il tarixində, saat 00:20-də Binəqədi şosesində 4 zolaqlı yolda hərəkət edərkən yol nəqliyyat hadisəsi baş verməsi nəticəsində “Toyota Prius” minik markalı avtomobil tərəfindən ona məxsus "Mercedes Benz C180" minik markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vurulmuşdur. Hadisə baş verən ərəfədə o, hərəkət istiqamətindən geriyə dönmək məqsədilə sağ zolaqdan ilk olaraq sol zolağa nəqliyyat vasitəsinin dönmə işıqlarını yandıraraq keçmişdir ki, daha sonra yolun əks istiqamətinə dönüş edə bilsin. Lakin, bu vaxt sol zolaqla hərəkət edən “Toyota Prius” minik markalı avtomobil onun idarə eldiyi nəqliyyat vasitəsini vuraraq sol tərəf qapıları əzmişdir və hər iki nəqliyyat vasitəsi yolun əks istiqamətinə keçmişdir. Hadisə verinə Binəqədi Rayon Dövlət X10 əməkdaşı olan polis baş leytenantı X6 yaxınlaşmış, hadisə yerinə baxış keçirərək manevr qaydalarını pozaraq yolun əks istiqamətinə çıxdığına görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini bildirmiş və inzibati xəta işinin mahiyyətinə əsasən xx.xx.2022-ci il tarixli İXM ******* nömrəli protokol yazmış, xx.xx.2022-ci il tarixdə isə həmin protokol əsasında qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin dəlillərini müdafiə edərək, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla razı olmadığını, onun tərəfindən yolhərəkəti qaydalarının pozulmadığını,baş-vermiş yol-nəqliyyat hadisəsində təqsirinin olmadığını bildirərək verilmiş şikayətin təmin edilməsi, barəsində qəbul edilmiş xx.xx.2022ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul edən Binəqədi Rayon Polis İdarəsi Dövlət X10 inspektoru, polis baş leytenantı X6 şikayətin dəlillərinə münasibət bildirərək, məhkəməyə yol-nəqliyyat hadisəsinin baş verdiyi videogörüntünü təqdim edərək qeyd etmişdir ki, şikayətçi tərəfindən onun barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsində göstərilən əsaslar tamamilə əsassızdır. Belə ki, **-FS-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C180” minik markalı avtomobili idarə edən X5 hərəkətlərində “Yolhərəkəti haqqında” qanunun 42.1-ci maddəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Qanunverciliyin bu tələbinin əksinə olaraq X5 yerdəyişmədən öncə təhlükəsiz manevr etməli olduğu halda, hərəkət etdiyi sağ zolaqdan sol zolağa yerdəyişmə edən zaman hərəkət zolağının sol tərəfi ilə hərəkət edən bütün avtomobillərə yol verdikən sol hərəkət zolağına yerdəyişmə etməli olduğu halda, sol hərəkət zolağı ilə hərəkətdə olan avtobusu gözləmədən sağ hərəkət zolağından sol hərəkət zolağına doğru yerdəyişmə edərək, oradan geriyə dönmək istəyən zaman avtobusun sol yan tərəfi ilə hərəkət edən “Toyota Prius” minik markalı avtomobil X3 idarə etdiyi “Mercedes Benz C180” minik markalı avtomobil ilə toqquşmamaq üçün əks zolaqlı hərəkət istiqamətinə çıxmış, bununla belə yol-nəqliyyat hadisəsinin qarşısını ala bilməmiş, nəticədə “Toyota Prius” minik markalı avtomobil ilə “Mercedes Benz C180” minik markalı avtomobil toqquşmuşdur. Göstərilənlərin nəzərə alınmasını və onun tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dar verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi Rayon Polis İdarəsi Dövlət X10 polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Yol-hərəkəti haqqında qanunun 42.1-ci maddəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında X3 şikayət ərizəsi inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə, eyni zamanda məhkəmə iclasında təqdim edilmiş yol-nəqliyyat hadisəsinin görüntüsünü əks etdirən videogörüntü ilə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, **-FS-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C180” minik markalı avtomobili idarə edən X5 hərəkət etdiyi sağ hərəkət zolağından sol hərəkət zolağına yerdəyişmə edən zaman yerdəyişmədən öncə təhlükəsiz manevr etməli olduğu-yəni hərəkət zolağının sol tərəfi ilə hərəkət edən bütün avtomobillərə yol verdikən sol hərəkət zolağına yerdəyişmə etməli olduğu halda, sol hərəkət zolağı ilə hərəkətdə olan avtobusu gözləmədən sol hərəkət zolağına doğru yerdəyişmə edərək, oradan geriyə dönmək istəmiş, bu zaman avtobusun sol yan tərəfi ilə hərəkət edən “Toyota Prius” minik markalı avtomobil X3 idarə etdiyi “Mercedes Benz C180” minik markalı avtomobil ilə toqquşmamaq üçün əks zolaqlı hərəkət istiqamətinə çıxmış, bununla belə yol-nəqliyyat hadisəsinin qarşısını ala bilməmiş, nəticədə “Toyota Prius” minik markalı avtomobil “Mercedes Benz C180” minik markalı avtomobil ilə toqquşmuşdur. Göründüyü kimi X5 tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələbləri pozulmuş, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Beləliklə, İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta X5 tərəfindən həqiqətən törədilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X3 şikayətdə göstərdiyi xüsusatlar barəsində Binəqədi Rayon Polis İdarəsi Dövlət X10 polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X5 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Binəqədi Rayon Polis İdarəsi Dövlət X10 polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X3 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Binəqədi Rayon Polis İdarəsi Dövlət X10 inspektoru, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar